Arxiv
24 Avqust 2019, 09:55 | ANALİTİKA
Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır

Bu səhər  oxuduğum bir xəbər əməlli – başlı əhvalımı açdı. Rayonların birində məmur icazəsiz bir ağac kəsdiyinə görə 2360 manat məbləğində cərimə edilib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün “məcburi göstəriş” verilib.

 

Dünyanı meşə yanğınlarının tüstü-dumanının bürüdüyü bu günlərdə bu xəbər azacıq da olsa təsəlli oldu. Bütün dünya iki aya yaxındır ürək ağrısı ilə planetin ağciyərləri sayılan tayqa meşələri və Amazon meşələrindəki görünməmiş miqyasda yanğınları izləyir. Dünya üzrə ümumi sahəsi  4 milyard hektar olan meşə örtüyünün təqribən yarısı  Rusiya, Braziliya və Kanadanın  payına düşür. Bu gün Rusiya ərazisinin 809, Braziliya ərazisinin  478,  Kanadanın isə 310 milyon hektarı meşəlik ərazilərdir.  Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. 2019-cu ilin əvvəlindən Rusiyada 14,9 milyon hektar  meşə ərazisi külə dönüb. Bu isə hələ son deyil. Sibirdə dəhşətli fəlakət əjdahası odlu ağzını açaraq yeni yaşıllıqları udmağa davam edir. Braziliyada, Amazon meşələrində də bu il rekord sayda – 75 min meşə yanğını qeydə alınıb və  bu yanğınlar bu gün də davam edir.  Artıq ilin əvvəlindən bu günə qədər Braziliya Amazonkasının ekvatorial meşələrində 1,86 miyon hektar meşə sahəsi külə dönüb.  Kanadada da ilin əvvəlindən yanğınların məhv edtiyi meşə ərazilərinin miqyası təqribən bu rəqəmə yaxındır – 1,7 milyon hektar. Bəs, bu bəşəriyyət üçün nə kimi təhlükələr vəd edir?

 

İlk növbədə meşələrin təbiətdə əsas funksiyası hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen xaric etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. İndi özünüz təsəvvür edin, yuxarıda sadaladığım yanğın rəqəmləri nə qədər insanı normal nəfəs almaqdan məhrum edib. Digər tərəfdən, meşə yanğınları son illər bəşəriyyətin kabusuna çevrilmiş iqlim dəyişikliklərini sürətləndirir.  Yanma nəticəsində atmosferə böyük həcmdə karbon qazı buraxılır ki, bu da qlobal istiləşməyə səbəb olan parnik effekti yaradır. Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin hesablamalarına görə,  2019-cu ilin iyun və iyul aylarında baş verən meşə yanğınları səbəbindən atmosferdə karbon qazının həcmi 100 milyon dəfə artıb. Müqayisə üçün bildirək ki, bir ildə bu qədər karbon qazını havaya Özbəkistan və Belçika kimi ölkələrin avtomobil və zavodları atır.   Greenpeace təşkilatdan verilən açıqlamada yanğınlar nəticəsində atmosferə  buraxılmış karbon dioksidin həcminin təqribən  225,1 ton olduğu bildirilir. Bu da Arktikada buzlaqların əriməsinə daha çox təsir edir.  Sibirdəki yanğınların yaratdığı tüstü dumanı Arktikaya , Qrenlandiyaya, hətta Alyaskaya qədər uzanıb.  Yanğınların hisi qar və buzun üzərinə çökür və onların rəngini tündləşdirir. Nəticədə buzlaqların günəş şüalarına qarşı müqaviməti azalır, daha çox isti udmağa və nəticədə sürətlə əriməyə başlayır.  Arktika onsuz da qlobal istiləşmədən  planetin digər regionlarından  daha  çox əziyyət çəkir. Bu dəhşətli yanğınların isə buzlaqların əriməsini bir qədər də sürətləndirəcəyi deyilir. Beləliklə, biz yeri soyudan və bütün planetdə istilik balansını qoruyan buz qatını itiririk. Bu ilin yayında Qrenlandiyada  rekord həcmdə buzlaqların əriməsi qeydə alınıb – alimlər bu miqyasda əriməni 2070-ci ilə proqnozlaşdırırdılar.

“Fobos” Mərkəzinin meteoroloqları əlavə edirlər ki, nəhəng meşə yanğınları mövcud hava durumuna da təsir edir. Ocaqların üzərində hava o qədər qızır ki, siklonların atmosfer cəbhələrini bağlayır – onlar alovların ağuşuna aldığı ərazilərə keçə və yağış yağdıra da bilmir. Bu da vəziyyəti bir qədər də ağırlaşdırır.

 

Amma planetin faciəsi yalnız iqlim dəyişikliyi ilə yekunlaşmır. Yanğınlarla zədələnmiş meşələr zəifləyir, daha az karbon qazı udur və beləliklə də iqlim dəyişikliyi daha sürətlə baş verir.  Bundan başqa, yanğınlar  yerdə suyun dövranını pozur, torpaqdakı qidalandırıcı maddələr və mikroorqanizmləri də məhv etməklə torpaq qatını da dağıdır. Nəticədə torpağın eroziyası və səhralaşma baş verir. Zəif zəmin üzərində meşələrin bərpası də çətin olur. Ümumiyyətlə,  yanmış meşə ərazilərinin tam bərpasının 100 ilə mümkün olduğu deyilir.

 

Meşə yanğınlarının bu il rekord səviyyəyə yüksəlməsinin səbəblərinə gəldikdə isə Greenpeace təşkilatının qiymətləndirmələrinə görə, bütün dünyada meşə yanğınlarının bu cür görünməmiş miqyasda tüğyan etməsi əsasən iqlim dəyişmələrinin nəticəsidir. Amma iqlim dəyişikliyinin əsas  səbəblərindən birinin də məhz meşə yanğınlarının olması ekoloqlar tərəfindən isbat olunmuş faktdır. Greeenpeace Sibir yanğınların iqlim dəyişikliyinin nəticəsi olmaqla yanaşı həm də onun səbəbi olduğunu bildirir. Beləliklə biz qapalı bir dairənin girovuna çevrilirik: isti iqlim şəraiti planeti qızdırmaqla yanğınlar üçün münbit şərait yaradır,  digər tərəfdən də bu yanğınlar iqlim dəyişikliklərini sürətləndirir.  Amma burada bir  amil də diqqətdən kənarda qalmayıb, hansı ki,  onu aradan qaldırmaq mümkündür: antrpogen amil,  insan faktoru.  Rusiyalı mütəxəssislər müəyyən ediblər ki,  bu ölkədə baş vermiş 10 yanğından doqquzu insan əməlinin nəticəsidir.  Söndürülməmiş siqaret kötüklərinin quru otların üzərinə atılması, piknik sonrası  yandırılmış ocaqların söndürülməməsi, eləcə də otlaq və taxıl biçilmiş sahələrin cahilcə yandırılması  son nəticədə qarşısıalınmaz yanğınlara gətirib çıxarır.  Bu faktor bütün dünyada, o cümlədən son günlər Azərbaycanda da bir- birinin ardınca baş verən yanğınların əsas səbəblərindən biri hesab olunur.

 

İnsan əlləri  yaşıl təbiətə yalnız yanğınlarla ziyan vurmur. Hər il yüzminlərlə ağacın kəsilməsi planetin ağciyər xərcənginin metastazını daha da genişləndirir. Vəhşi Təbiət Fonunun (WWF) məlumatlarına görə, hər il planet bu və ya başqa səbəblərdən 120 000 – 150 000 kvadratkilometr meşə ərazisini itirir. Bu gün meşə yanğınlarında olduğu kimi tropik meşələrin qırılmasında da Braziliya liderlər sırasındadır.  Bu ölkədə 2018-ci ildə 1,4 milyon hektar meşə ərazisi qırılaraq məhv edilib. Ümumilikdə isə planetin tropik regionlarında ötən il 12 milyon hektar meşə ərazisi qırılaraq səhraya çevrilib. Rusiyada isə hər il qanuni əsaslarla bir milyon, qeyri qanuni əsaslarla isə 500 min hektara yaxın meşə ərazisi qırılaraq məhv edilir.  Ekoloji təşkilatlar bununla bağlı həyəcan təbili çalsalar da hələlik onları eşidən yoxdur. Yeri gəlmişkən son günlər qardaş Türkiyədə İzmir vilayəti yaxınlığında Kaz dağlarında 200 minə yaxın ağacın qırılması da ciddi etirazlara səbəb olub.

 

Təbiətə sevgi, meşə ərazilərimizin qorunmasına diqqət Azərbaycanda da hər zaman olub. Yalnız bir faktı demək kifayətdir ki, 80 – ci illərin sonunda Qarabağda Topxana meşəsinin qırılması Azərbaycanda xalqın ayağa qalxması ilə nəticələndi və Meydan hərəkatının, milli-azadlıq hərəkatının başlanmasına təkan oldu.

Ədalət naminə demək lazımdır ki, son illərdə Azərbaycanda meşə ərazilərinin qorunması istiqamətində ciddi işlər həyata keçirilir. Bunlardan qeyri – qanuni ağac kəsilməsinə görə tətbiq olunan cərimələrin artırılmasından tutmuş meşələrdə izləmə kameralarının quraşdırmasına qədər bir çox tədbirləri  göstərmək mümkündür.  Hər il respublikamızda milyonlarla ağac və kol əkilir, meşələr və yaşıllıqlar bərpa olunur. Amma bu tədbirlər yetərli deyil. Bu gün Azərbaycan ərazisinin vur-tut 11,8 faizini meşələr tutur. Halbuki XVIII-XIX əsrlərdə bu rəqəm 35% olub. Bu baxımdan bu bir ovuc meşələrimizin qorunması üçün hər kəs ayıq-sayıq olmalı, hər bir fərd pikniklərdə yanğın təhlükəsizliyi qaydalarına maksimum əməl etməli, ətrafındakılardan da bunu tələb etməlidir. Eləcə də ağac əkimləri də sürətlənməlidir. Hər il hərə bir ağac əksə, bu ən azından 10 milyon ağac edir. Eləcə də planetin 7,7 milyard sakini kəsdikləri ağacların yerində ən azı bir fidan cücərtsə bəlkə  planetimizi xilas etmək mümkün olar.  Ən azından dünyada “sıfır ağac kəsimi” siyasəti yürüdən Norveç təcrübəsi var...

 

Azadə Balayeva


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu 22 Noyabr 2019, 16:19 Prezident Naxçıvan Nazirlər Kabinetinə 500 min manat ayrdı 22 Noyabr 2019, 16:17 Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı 22 Noyabr 2019, 16:14 Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi 22 Noyabr 2019, 16:09 BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb 22 Noyabr 2019, 16:02 Bələdiyyə seçkilərinə qatılan jurnalistin namizədliyi qeydə alındı - FOTO 22 Noyabr 2019, 16:01 Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi yekunlaşdı - YENİLƏNİB 22 Noyabr 2019, 15:56 Biləcəridəki qəzada 2 nəfər ölüb 22 Noyabr 2019, 15:53 Bakıda şadlıq sarayından 5 min dollar, 2020 manat oğurlandı 22 Noyabr 2019, 15:46 Bakı-Gəncə qatarında sürət həddi artırıldı 22 Noyabr 2019, 15:40 Avro-2020-nin “Pley-off” mərhələsinin püşkü atıldı - CÜTLƏR 22 Noyabr 2019, 15:26 100 yaşlı kollec 22 Noyabr 2019, 14:57 “Mən niyə istefa verməliyəm?!” - Komitə sədrindən AÇIQLAMA 22 Noyabr 2019, 14:50 Musa Musayev “91-lər”lə bağlı narazılıq etdi, Siyavuş Novruzov CAVAB VERDİ 22 Noyabr 2019, 14:49 Goranboyda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib   22 Noyabr 2019, 14:35 Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək 22 Noyabr 2019, 14:35 Paytaxtda iki marşrut xətti üzrə avtobuslar əvəzləndi 22 Noyabr 2019, 14:31 Pərvin Kərimzadə xankəndlilərlə görüşüb - FOTO 22 Noyabr 2019, 14:28 Mikayıl Cabbarov: Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar yatırıb” 22 Noyabr 2019, 14:13 Bakıda ERMƏNI DİLİ kursları açılır 22 Noyabr 2019, 14:04 Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB 22 Noyabr 2019, 13:49 8 baş inəyi oğurlayan dəstə TUTULDU 22 Noyabr 2019, 13:45 Araz Əlizadə onu söyənləri parlamentə çağırdı - VİDEO 22 Noyabr 2019, 13:41 Sumqayıt- Bakı qatarı xarab oldu - Yolda qaldı 22 Noyabr 2019, 13:40 Biləsuvarda dəhşətli QƏZA: sürücü maşında yandı - VİDEO 22 Noyabr 2019, 13:36 Soyğunçu dəstə Bakıda adam qaçırdı 22 Noyabr 2019, 13:35 Putinin dünya jurnalistlərini bu tarixdə başına toplayacaq 22 Noyabr 2019, 13:33 Novruz Məmmədov yeni vəzifəsində tədbirə qatıldı - FOTO 22 Noyabr 2019, 13:16 Komitə sədri arvadının Elçin Əlibəylini döyməsi xəbərindən danışdı: “Ciddi psixoloji problemlər var” 22 Noyabr 2019, 13:10 Türkiyə beynəlxalq miqyaslı təhlükəli terrorçunu saxladı 22 Noyabr 2019, 13:04 Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib 22 Noyabr 2019, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 22 Noyabr 2019, 13:02 İlham Əliyev fenomeni 22 Noyabr 2019, 12:58 Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol polisindən XƏBƏRDARLIQ 22 Noyabr 2019, 12:57 Dövlət Agentliyi Prezidentin göstərişindən nəticə çıxardı 22 Noyabr 2019, 12:48