Modern.az

Azərbaycanlı avtoritet Lotu Quli erməni “oğru”nu mükafatlandırdı

Azərbaycanlı avtoritet Lotu Quli erməni “oğru”nu mükafatlandırdı

28 Avqust 2019, 17:56

Azərbaycanlı kriminal avtoritet Nadir Səlifov erməni “oğru” Arman Caninyana (Kalujskiy) 1999-cu ildə məhrum edildiyi “qanunda oğru” adını qaytarmaqda yardımçı olub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1996-cı ildə digər erməni “oğru” Maels Mkrtçyandan cinayətkar aləmin ən fəxri adını alan Caninyan 1999-cu ildə avtoritet Mais Karapetyanla (Maisik Kirovakanski) mübahisə edir.

Onlar mübahisəsinə nöqtə “sxodka”da qoyulmalı olsa da, Arman Caninyan ora gəlməyib. Buna görə də o, bu addan 20 illik məhrum edilib. Son 16 ilini həbsdə keçirən erməni “oğru”nun özü də uzun illər həbsdə yatan Nadir Səlifovla yaxınlaşdığı xəbər verilir.

 

Nəticədə, avqustun 26-da Nadir Səlifov, Orati Totoçiya (Batya) və Yura Usoyanın (Lazarevski) iştirakı ilə keçirilən “sxodka”da onun günahsız olduğu bildirilib və “qanunda oğru” adının özünə qaytarılması qərara alınıb.

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər