Modern.az

Bakıda binaların qarşısında tikilən su hovuzları dağıdılır - PROBLEM

Bakıda binaların qarşısında tikilən su hovuzları dağıdılır - PROBLEM

Aktual

29 Avqust 2019, 11:51

Bəzən yeni tikilən binalarda və şirkətlərdə yanğından mühafizə üçün ya su təchizatları qurulmur, ya da qurulan su təchizatları düzgün işləmir.

 

Yanğınsöndürmə və yanğından mühafizə sistemləri sadəcə yanğın hadisələri zamanı istifadə olunur. Su dolu olduğu halda axmazsa, suyun gigiyenik olmaması təhlükəsi yaranır. Bu cür avadanlıqlar içməli su təchizatı sisteminə qoşulmuş olduqda içməli su üçün də təhlükə yaranır. Yanğınsöndürmə sistemləri əsasən durğun su ilə çalışır. Durğun, heç bir axını olmayan su patogen mikrobların yaranmasına gətirib çıxara bilər. DIN (Almaniya standartlaşdırma İnstitutu) məlumatına görə ictimai içməli su mənbələrini yanğın söndürmə su qurğularından suyun mühafizəsinə uyğun olaraq ayırmaq lazımdır. Yerli və ictimai içməli su mənbələrinin bakterioloji cəhətdən yenidən çirklənməsi təhlükəsi qanunla idarə olunur.

 

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimli Modern.az-a açıqlamasında bu sahədə problemlərin olduğunu deyib.

“Çoxmənzilli yaşayış binalarında, massivlərində yanğınsöndürmə üçün su hövzələri nəzərdə tutulmalıdır. Hündürmərtəbəli bina tikilən məhəllələrdə su tutqacları mütləq olmalıdır. Bütün şirkət və binalar üçün yanğınsöndürmə xəttləri yaradılmalıdır. Ümumiyyətlə, nəinki hündürmərtəbəli binaların həyətində, həmçinin məhəllələrin özündə də su təchizatı yaradılmalıdır”.

 

Nüsrət İbrahimli bildirib ki, Sovet Hakimiyyəti dövründə texniki suların axdığı xüsusi xətlər var idi.

 

“Sovet Hakimiyyəti dağılandan sonra, müstəqillik dövründən həmin xəttlər dağıdıldı. Məsələn , 1982-1983-cü illərdə bizim məhəllədə hündür hovuz var idi, amma indi həmin hovuz dağıdılıb. Yerində avtomobil qarajı tikilib”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!