Modern.az

Putindən razı qalan rusların sayı AÇIQLANDI

Putindən razı qalan rusların sayı AÇIQLANDI

Dünya

29 Avqust 2019, 15:51

Rusiya prezidenti Vladimir Putinin işindən 67% rusiyalı razılıq edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Levada Mərkəzinin keçirdiyi sorğunun nəticəsindən aydın olub.

 

İyun və iyul aylarında Putinin işindən 66% vətəndaş, aprel və may aylarında isə 64% ölkə vətəndaşı razılıq edib.

Rusiya sakinlərinin 49%-i ölkənin düzgün inkişaf yolu ilə getdiyini, 42%-nin isə səhv yolla getdiyini düşünür.

 

Levada Mərkəzi tərəfindən keçirilən sorğu 2019-cu il avqustun 22-dən 29-na qədər keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan və 137 yaşayış məntəqəsindən olan 1608 sakin cavablandırıb.   

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!