Modern.az

Dollar payızda neçəyə olacaq? - PROQNOZ

Dollar payızda neçəyə olacaq? - PROQNOZ

İqtisadiyyat

31 Avqust 2019, 13:01

“Nə qədər ki neftin qiyməti 45 dollardan aşağı düşməyib, manatın devalvasiyası haqqında danışmaq mümkün deyil”.

 

Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev bildirib. Onun fikrincə, manatın devalvasiyası ilə neftin dünya bazarındakı qiyməti arasında birbaşa əlaqə var.

 “Azərbaycan manatının taleyi, manatın sabitliyi, onun məzənnəsinin nə dərəcədə sabit qalacağı, manatın məzənnəsi dəyərdən düşəcəkmi, manat möhkəmlənəcəkmi kimi sualların çox sadə bir cavabı var - neftin qiyməti nə qədər sabit olacaq?”

 

Rövşən Ağayev bildirib ki, Azərbaycanda hazırda manatın devalvasiyası heç bir iqtisadi parametrlərə görə gündəlikdə deyil.

“Çünki neftin qiyməti 45-50 dollardan aşağı düşmür. Nə qədər ki neftin qiyməti 45 dollardan aşağı düşmür, manatın devalvasiyası haqqında danışmaq mümkün deyil. Çünki bizim təbii balansımız neftin qiyməti 50 dollara çatdığı halda xərc əmələ gəlir. Manatın sabitliyinə təminat verən ən başlıca amil neft amilidir, çünki Azərbaycan iqtisadiyyatı neftdən əhəmiyyətli dərəcədə asılıdır. Yalnız neft 50 dollardan aşağı düşəndə bu məsələni müzakirə etmək olar”.

 

Xatırladaq ki, dünya bazarında Brent markalı neftin 1 bareli 60 dollar civarındadır. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi