Arxiv
31 Avqust 2019, 13:45 | DÜNYA
Gürcüstan kəndə post qoydu, vəziyyət gərginləşdi

Gürcüstanın avqustun 28-də Cənubi Osetiya ilə inzibati sərhədə yaxın Çorçana kəndində polis postu yerləşdirməsi Sxinvali ilə Tbilisi arasında yeni gərginliyə səbəb olub.

 

Virtualaz.org xəbər verir ki, qondarma Cənubi Osetiya “respublikası” gürcü tərəfinin bu hərəkətini “təxribat” adlandırıb və postun götürülməsini tələb edib. Bildirib ki, post götürülməsə Cənubi Osetiya adekavt addımlar atacaq. Həmin post Cənubi Osetiyanın Tsnelis kəndinin bir kilometrliyində yerləşir.

Gürcü tərəfi isə bildirib ki, postu götürməyəcək, çünki həmin post Gürcüstanın nəzarəti altında olan ərazidə qoyulub.

 

“Çorçana kəndi həmişə mərkəzi Gürcüstan hakimiyyətinin nəzarətində olub və bu fakt Avropa İttifaqının müşahidə missiyası tərəfindən də qeydə alınıb”,-xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

Məsələyə əlbətdə ki, Cənubi Osetiyanı faktiki ilhaq etmiş Rusiya da qarışıb və gürcü tərəfini “vəziyyəti gərginləşdirməkdə, köhnə sərhəd problemini yenidən qabartmaqda” günahlandırıb. Rusiya XİN-in bəyanatında deyilir ki, bütün son aylar ərzində Tbilisi  Qərb dövlətlərinin dəstəyini alaraq “məqsədyönlü şəkildə, təxribatçı aksiyalarla və siyasi-təbliğat kampaniyaları ilə” sərhəddə vəziyyəti gərginləşdirib.

 

Cənubi Osetiya sovet dövrü xəritələrinə istinad edərək bildirir ki, post bu tanınmamış “respublikanın” ərazisinə düşür. Gürcü tərəfi isə əksinə, postun Gürcüstan ərazisində qoyulduğunu bildirir.

Gürcüstanın Cənubi Osetiya ilə inzibati sərhədə post qoyması yeni müharibənin alovlana biləcəyi haqda şaiyələrə səbəb olub. Hətta sosial şəbəkələrdə belə xəbərlər yayılıb ki, qondarma Cənubi Osetiya “prezidenti” Anatoli Bibilov yaxınlaşan müharibə təhlükəsinə görə ailəsini Moskvaya göndərib.

 

Bibilov isə Facebook-da yazıb ki, Cənubi Osetiya Gürcüstanla hər hansı hərbi qarşıdurmaya girmək niyyətində deyil. Onun sözlərinə görə, hərbi qarşıdurmaya can atan tərəf Gürcüstandır. Bibilov Tsnelis kəndinin əhalisinin “tam təhlükəsiz şəraitdə yaşadığını” bildirib. Ailəsini Rusiyaya qaçırdığı haqda şaiyələrə də toxunub. Bibilov yazıb ki, ailəsi yerindədir və heç yana getməyib. Təkcə böyük oğlu təhsil almaq üçün anasının müşaiyəti ilə Moskvaya yollanıb.

Qeyd edək ki, Cənubi Osetiyada dislokasiya olunmuş Rusiya hərbçiləri son illər sistemli şəkildə sərhəd xəttini Gürcüstan ərazilərinin içərilərinə doğru çəkməkdə idi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov həmsədrlərlə görüşür 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyub komaya düşdü 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36