Arxiv
1 Sentyabr 2019, 00:53 | DÜNYA
“Adi dondurmasatan deyiləm” - Putinə dondurma satan qız danışdı

Rusiyada prezident Vladimir Putinə Moskva ətrafında iki ildən bir  keçirilən MASK beynəlxalq aviakosmik sərgisi zamanı “təsadüfən” həm 2017-ci ildə, həm bu il dondurma satan qızla axır ki, əlaqə yaratmaq mümkün olub.

Modern.az  Virtualaz.org-a istinadən xəbər verir ki, həmin qızın adı Yekatrina Safronovadır. O, NTV telekanalının “Mərkəzi televiziya” proqramının efirində danışıb və bildirib ki, heç də adi dondurmasatan deyil.

Xatırladaq ki, Putin MAKS-2019 sərgisi zamanı onu müşaiyət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və digər rəsmilərə “təsadüfən yaxınlaşdığı” səyyar dondurma köşkündən Volqoqrad kombinatının isthsalı olan “Korovki iz Korovenko” markalı plombir alıb.

Jurnalistlər isə aşkar ediblər ki, Putinə dondurma satan qız “təsadüfən” MAKS-2017 sərgisi zamanı da prezidentin qarşısına çıxıb və ona dondurma satıb. Bu da sosial şəbəkələrdə belə fərziyyələrə səbəb olub ki, dondurmasatan əslində xüsusi xidmət orqanlarının əməkdaşıdır və onun Putinə dondurma satması təhlükəsizlik xidmətinin əvvəlcədən hazırladığı səhnədir.

Bu fərziyyələri gücləndirən daha bir məqam ondan ibarət olub ki, “Moskovskiy komsomolets” qəzetinin jurnalistləri ertəsi gün MAKS-2019 sərgisinin keçirildiyi jukovsk aerodromuna gedib həmin qızı axtarıblar. Amma məlum olub ki, orada belə adam yoxdur. Və dondurmasatanlar tamam ayrı forma geyiniblər, onlardan heç biri Putinə dondurma satan qızı tanımır və əvvəllər orada görməyib.

Nəhayət həmin dondurmasatan yaranmış ajiotajla bağlı danışmağı qərara alıb. “Bizim şirkət artıq üçüncü ildir ki, MAKS-da işləyir, ticarətin təşkilatı və qida xidməti ilə məşğul olur. Və mən öz komandamla birlikdə artıq üçüncü ildir ki, oradayam. Bax belə təsadüf olub”,- Yekatrina deyib.

Safonova əlavə edib ki, o heç də adi dondurmasatan deyil, qidalanmanın təşkili üzrə menecerdir. O, Putini görəndə həyacanlandığını və utandığını deyib, amma əlavə edib ki, prezidentdən özü üçün heç nə xahiş etmək fikrində olmayıb. Çünki hər şeyə özü nail olmağa vərdiş edib.

Safonova efirə səsli rabitə ilə qoşulub. Proqramın aparıcısı Vadim Takmenev şikayətlənib ki, studiya onunla videoəlaqə yarada bilməyib.

Nəticədə tam məlum olmayıb ki, efirdə danışan qız həqiqətən Putinə dondurma satandır, yaxud başqası...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neftdən asılılığı aradan qaldıra bilmirik 16 Sentyabr 2019, 12:39 Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir   16 Sentyabr 2019, 12:36 5 avroya təyyarə bileti satılır! ƏN UCUZ AVİAŞİRKƏTLƏR 16 Sentyabr 2019, 12:36 Payızda bu xəstəliklərə qarşı diqqətli olun! 16 Sentyabr 2019, 12:28 Milli Şura mitinq üçün Bakı Meriyasından yer İSTƏDİ 16 Sentyabr 2019, 12:24 Ən qəddar” idman növü ABŞ-da kütlələrin düşüncə tərzini necə dəyişdi? -  Heydər Əliyevin tərcüməçisi YAZDI 16 Sentyabr 2019, 12:23 Fişənglər göy  əvəzinə yerdə partladı... 20 yaralı var! 16 Sentyabr 2019, 12:18 Deputat: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb 16 Sentyabr 2019, 12:12 Azərbaycanda əhali sayı da artıb, boşanmalar da… - Rəsmi STATİSTİKA 16 Sentyabr 2019, 12:08 Azərbaycanda 10-dək müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılır 16 Sentyabr 2019, 11:39 Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi 16 Sentyabr 2019, 11:35 Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi 16 Sentyabr 2019, 11:31 Arif Əliyevin yeni saytında onlar işləyəcək - Baş redaktordan AÇIQLAMA 16 Sentyabr 2019, 11:28 Məhərrəm Quliyev müəllim və şagirdləri təbrik etdi 16 Sentyabr 2019, 11:25 Neftin qiyməti 100 dollara qədər arta bilər - SƏBƏB 16 Sentyabr 2019, 11:16 Teleradio Akademiyası müsabiqə elan edib 16 Sentyabr 2019, 11:10 Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDA 16 Sentyabr 2019, 10:47 Akademiklər Şəkidə iclas keçirdilər 16 Sentyabr 2019, 10:43 Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü 16 Sentyabr 2019, 10:16 Bu gün 4 rayonda qaz kəsiləcək 16 Sentyabr 2019, 09:55 Bu jurnalistlər övladlarını 1-ci sinfə APARDILAR 16 Sentyabr 2019, 09:35 Ermənilər kəndlərimizi atəşə tutdu 16 Sentyabr 2019, 09:28 Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan götürülübsə... – İqtisadçı ŞƏRHİ 16 Sentyabr 2019, 09:24 Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR... 16 Sentyabr 2019, 08:57 Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27