Modern.az

ABŞ sovet silahının məhvi üçün 400 milyon dollar ayırdı

ABŞ sovet silahının məhvi üçün 400 milyon dollar ayırdı

24 Dekabr 2009, 10:59

ABŞ sovet silahının məhvi üçün 400 milyon dollar ayırıb. Modern.az-ın “İTAR-TASS”a istinadən yaydığı məlumatına görə, ABŞ Konqresi 2010 -cu maliyyə ilində Rusiya və keçmiş postsovet ölkələrinə nüvə, kimyəvi və bakterioloji silahların məhv edilməsi üçün 424 milyon  yardım ayırıb. Bu barədə senator Riçard Luqarın rəsmi nümayəndəsi Mark Xeyes xəbər verib.   

 

Məhz Riçard Luqar və onun keçmiş həmkarı Sem Nann 1990-cı illərin əvvəllərində keçmiş sovet respublikalarına kütləvi qırğın silahlarının təhlükəsiz ləğvi və anbarlara yığılması üçün yardım proqramının təşəbbüskarı olublar. Siyasi dairələrdə bu proqram daha çox “Nann-Luqar” proqramı kimi tanınır.

Ayrılan 424 milyon dollarlıq vəsait Pentaqonun 1 oktyabr 2010-cu maliyyə ili üçün  büdcəsinə daxil edilib. Ölkənin müdafiə xərcləri ilə bağlı qanun layihəsini prezident Barak Obama dekabrın 20-də imzalayıb. Sənəddə qeyd olunur ki,  vəsaitdən ən azı 15  milyon dollar  sualtı atom qayıqlarının, sualtı nüvə reaktorlarının komponentlərinin ləğvinə və nüvə başlıqlarının Uzaq Şərq və Şimala daşınmasının mühafizəsinin gücləndirilməsi və saxlanmasına sərf olunmalıdır. 2010-cu il üçün ayrılan yardım ötən illə müqayisədə 10 milyon dollar azdır. Mark Heyes bunu onunla izah edib ki, Rusiyada  (Kurqan vilayəti) kimyəvi silahların məhvi kompleksinin ABŞ hökumətinin maliyyəsi ilə tikintisi başa çatıb. Azərbaycan və Qazaxıstanda da bioloji vasitələrin aşkarlayan avadanlıqlarla təchiz edilmiş obyektlər istismara verilib.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır