Modern.az

Həyatı real təhlükədə olan şəxs silahdan istifadə etsə, məsuliyyət daşıyırmı…

Həyatı real təhlükədə olan şəxs silahdan istifadə etsə, məsuliyyət daşıyırmı…

Aktual

3 Sentyabr 2019, 08:50

Şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər “özünümüdafiə” adlanır. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir.
 

İnsanlar təhlükəli məqamlarda özünümüdafiə zamanı soyuq və odlu silahdan istifadə edirlər. Bəs buna görə məsuliyyət daşınılırmı?

 

Mövzu barədə Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə  Modern.az-a danışıb.

 

“Bu olduqca qəliz məsələdir. İnsanın həyatı və sağlamlığı üçün real təhlükə varsa və insan özünümüdafiə üçün hər hansı vasitədən istifadə edirsə, təbii ki, buna görə o, məsuliyyətdən kənardır. Amma elə hallar var ki, məsələn, biri digər şəxsin evini qarət etməyə girib və evin sahibi odlu silahdan istifadə etmək istəyəndə qarətçi qaçır. Bəzən ev sahibi həmin qaçan şəxsin arxasınca gedir və ona atəş açır. Bu zaman silahdan istifadə edən şəxs məsuliyyət daşıyır. Çünki burada onun həyatı üçün təhlükə olmadığı halda o, silahdan istifadə edir”.

 

Ç.Qənizadə bildirib ki, bir insanın üzərinə silah və digər vasitələrlə hücüm edilən zaman onun həyatı və sağlamlığı üçün real təhlükə varsa, bu zaman həmin şəxs məsuliyyət daşımır.

 

“Bunu bir cümləylə belə demək olu: insanın həyatı və sağlamlığı üçün real təhlükə yaranarsa, o, özünü qorumaq üçün istənilən vasitədən istifadə edə bilər. Əgər belə bir təhlükə yoxdursa, bu zaman şəxs üçün cinayət məsuliyyət yarana bilər. Lakin belə bir şey də var ki, kiminsə hücum etməsi o demək deyil ki, səni öldürəcək. Hər bir halda bu, ədalətli istintaq tələb edir və törədilən hərəkətlərə hüquqi qiymət verilməsi üçün kifayət qədər professionalcasına yanaşma tələb olunur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!