Modern.az

“İtirilmiş torpaqlarımız...” silsiləsindən - Cəbrayıl haqda I HEKAYƏT

“İtirilmiş torpaqlarımız...” silsiləsindən - Cəbrayıl haqda I HEKAYƏT

Qarabağ

3 Sentyabr 2019, 11:31

İndiki Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndi Qarabağın dağlıq hissəsindəki Xocavənd rayonuna aid olan və haylar yaşayan Daşbaşı, Mülküdərə və Zamzur kəndlərinin (hər kənddə 70-100 ev olub)  əhatəsində yerləşir. Bu kəndin  əski yerindəki 8-10 yurd ocağı  (indiki kənddən 3-5 km şərqə tərəf), 4-5 kühüllər (hərəsinin uzunluğu 5-7 m, eni 3-4 m olmaqla) 1918-1920-ci illərdə silahlı hay daşnak və rus dəstələrinin hücumundan sonra məhv edilib, salamat qalan əhalisi Sovet hakimiyyəti illərində qonşu Tatar, Xələfli... kəndlərində məskunlaşıblar. Bu kəndin yerlərini əsasən Zamzur kəndinin hayları əkib-biçirdi, onların təsərrüfatına tarixən Qarabağda müsəlman-türk əhalisinə qənim kəsilmiş xəyanətkar Məlik Şahnəzərovlar nəslinin (onların bir uçu M.Qorbaçovun əlaltısı K.Şahnəzərova gedib çıxır) eyni soyadlı nümayəndəsi başçılıq edirdi. Onlarda “Qaz-51”, “Zis” markalı maşınlar, ÇTZ traktoru olanda (keçən əsrin 50-ci illərində) Yuxarı Məzrə kəndində (eləcə də cəmi Cəbrayıl rayonunda)  at arabasından istifadə edirdilər. Və sonralar da  Yuxarı Məzrə kəndinin torpaqları Zamzur, Daşbaşı kəndləri tərəfindən əkin-biçənək kimi isifadə edildi.


1918-1920-ci illərdə  Cəbrayıl qəzasının cənub-qərb hissəsində, Darıdağın (766 m) ətəklərində, Araz çayının yaxınlığında yerləşən Qumlaq kəndinin   heyvandarlıqla məşğul olan əhalisi indiki Xocavənd rayonu (o dövrdə Cavanşir qəzası) daxilindəki haylar məskunlaşan Dolanlar kəndinə  (70-80 ev var idi) yaxın olan Mərzəlidağ (1577 m) massivindən yay otlağı kimi istifadə edirdilər. Həmin illərdə daşnak hay quldurlarının təcavüzündən sonra bu əraziləri də  (200 hektara qədər sahə) düşmənlər ələ keçirirək öz təsərrüfatlarının əkin yerlərinə çevirmişdilər.


XIX əsrin 20-30-cu illəriymiş. Sonuncu Qarabağ xanı Mediqulu xan Sarıcalı-Cavanşirin dövründə (1806-1822)  Xankəndi şəhərinə köçüb gəlmiş Stepan adlı hay dərzi xanın vəzir-naiblərlə şəhər gəzintisində lütfkarlıqla ona yalmanır, onun üçün  məxsusi  tikdidiyi şərəfli  libası hədiyyə edir, əvəzində məskunlaşması və dükan açması üçün yer istəyir. Xanın səxavəti ilə Xankəndində ilk hay ailəsinə torpaq sahəsi verilir. Bu dərzi hay Cənubi Azərbaycanda yaşayan  pinəçi xalası oğluna xəbər çatdırır ki, “inəyim doğub, südü də boldur”. Beləıliklə, bu çağırışdan sonra pinəçi hay da ailəsi ilə köçüb gəlir Xankəndinə. Eyni münvalla Xana layiqli çərkəzi çəkmə tikib bağışlamaqla o da Xandan hədiyyə kimi torpaq sahəsi alır və bu ardıcıllıqla davam edirlər. ürəyində saxladığı məkrli niyyətinə çatır. Beləliklə, Xankəndinin hay mənşəli ailələrinin sayı artmağa başlayır...


Hazırda, bu şəhər taixin və zamanın bizə vurduğu acı zərbəyə əsasən Stepanakert adlanır, 60 min nəfərə yaxın əhalisi var və bir nəfər də olsun müsəlman-türk qövmü yoxdur.

  

(Yazının hazırlanmasında Cəbrayıl rayonu, Yuxarı Məzrə kənd saknin Xanoğlan Təhməz oğlu Əliyevin (1935) məlumatlarından istifadə edilib.)



Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir