Arxiv
3 Sentyabr 2019, 12:00 | HADİSƏ
Azərbaycanda siyasi partiya buraxılıb - Eks-sədr: “Qurumun fəaliyyəti yoxdur”

Azərbaycanda vaxtilə az-çox fəaliyyəti nəzərə çarpan siyasi təşkilatlardan biri - Yaşıllar Partiyası fəaliyyətini dayandırıb.

Bu barədə Modern.az saytına partiyanın keçmiş sədri Mais Güləliyev məlumat verib.

Qeyd edək ki, Mais Güləliyevin rəhbəri olduğu bu təşkilat 16 dekabr 2006-cı il tarixində  Avrоpa Yaşıllar Partiyasının əsas prinsiplərini qəbul edərək, yaradılmışdı.


Lakin 2013-cü ildə sədr Mais Güləliyevin qurumdan ayrılmasından sonra Azərbaycan Yaşıllar Partiyasının fəaliyyəti də hiss olunmur. Son zamanlar isə ümumiyyətlə, partiyanın ləğv olunduğu, heç bir sənədlərdə adının çəkilmədiyi qətiyyətlə vurğulanır.


Partiya ilə bağlı araşdırmamızda da buna bir daha əmin olduq. Yaşıllar Partiyasının sosial şəbəkə hesabı,  rəsmi internet səhifəsi olan “azerigreens.org” saytı tamamilə istifadəsizdir. Yaşıllar Partiyasının əlaqə vasitəsi kimi qeyd olunan ofis telefonuna da zəng etdik. Məlum oldu ki, partiyanın bir ofisi belə yoxdur.


Yaşıllar Partiyasının keçmiş sədri Mais Güləliyevin isə xaricə köçdüyü ilə bağlı bir müddət əvvəl söz-söhbət yaranmışdı. Lakin o, Modern.az-a açıqlamasında bunu təkzib etdi:


“Mən hazırda siyasətlə məşğul olmuram. İqtisadiyyat sahəsində elmi fəaliyyətimi davam etdirirəm. Amma xaricə köçməyimlə bağlı iddialar əsassızdır. Azərbaycanda yaşayıram. 2013-cü ildə Yaşıllar Partiyasından ayrılmışam. 6 ildir ki, partiyanın fəaliyyətdə olub-olmaması ilə bağlı heç maraqlanmıram da. Amma mətbuatda və heç bir rəsmi məqamda adı çəkilmirsə, demək, bu qurum fəaliyyət göstərmir”.


Yeri gəlmişkən, Mais Güləliyev 16 dekabr 2006-cı il tarixində Yaşıllar Partiyasını təsis edəndə Azərbaycanda elə bu adda bir təşkilat vardı. Eynilə Yaşıllar Partiyası adlanan həmin qurum 1993-cü ildə yaradılmışdı. Belə ki, 1989-cu ildə Azərbaycanda Yaşıllar Hərəkatı başlayıb, 1993-cü ildə siyasi partiyaya çevrilib və sədri keçmiş ekologiya naziri Arif Mansurov olub. O, vəfat etdikdən sonra - 2002-ci ildən həmin partiyaya Elmar Qafarov və mərhum sədrin həyat yoldaşı Cəmilə Mansurova rəhbərlik ediblər. Bu partiya hətta 2003-cü ildəki president seçkilərində İsa Qəmbəri müdafiə edərək "Bizim Azərbaycan" seçki blokunda da təmsil olunub.


Lakin 2003-cü ildəki prezident seçkisində İsa Qəmbərin məğlubiyyətə uğraması ilə "Bizim Azərbaycan" seçki bloku da dağıldı və Elmar Qafarovun sədri olduğu Yaşıllar Partiyası itib-batdı, siyasət arenasından yoxa çıxdı.

Bundan istifadə edən Mais Güləliyevin yaratdığı  Təşəbbüs Qrupu 16 dekabr 2006-cı il tarixində  yeni Yaşıllar Partiyası təsis etmişdi. O zaman yeni təşəbbüskarların məqsədi Azərbaycanda sol təmayüllü, sosial ədalət, ekologiyanın, ətraf mühitin qorunması, insan haqlarının müdafiəsi, demokratiyanın inkişafı kimi prinsiplərə xidmət göstərən bir partiya qurmaq idi. Amma görünən odur ki, 1-ci Yaşıllar Partiyası kimi, 2-ci Yaşıllar partiyası da ölü quruma çevrildi.


Qeyd edək ki, Yaşıl partiyaların əsas ideologiyasını yaşıl siyasət anlayışı təşkil edir. Bu, ekologiya və ətraf mühitin qorunmasına önəm verən, şiddətə qarşı və cəmiyyətdə ədaləti müdafiə edən prinsiplər üzərində qurulmuş ideologiyadır.


Yaşıl siyasətdə təbiətin və sülhün qorunması əsas məqsədlər hesab olunur. Siyasətin bu istiqamətinin beynəlxalq rəmzi günəbaxandır. Yaşıl siyasətin müdafiəçiləri Yaşıllar hərəkatını başladaraq, xüsusən 1980-ci illərin əvvələrindən etibarən bir çox ölkədə partiya qurublar. Bu anlayış ilk olaraq Almaniyada 1979-cu ildə qurulan Yaşıllar Partiyasından götürülür. Hazırda Avropanın demək olar, hər bir ölkəsində ətraf mühitin qorunmasını siyasətin məqsədi kimi qəbul edən “Green Party”lər (“Yaşıl Partiya”) mövcuddur. Hətta bəzi ölkələrin Yaşıl Partiyaları parlamentdə, dövlət idarəçiliyində də nüfuz sahibidirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20 Bakı-Məşhəd aviareysi açılır 12 Dekabr 2019, 21:07 Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51 ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq YENİLİK - VİDEO 12 Dekabr 2019, 20:20 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32