Modern.az

Deputat həmkarının qabırğalarını əzdi, çiynini qırdı

Deputat həmkarının qabırğalarını əzdi, çiynini qırdı

3 Sentyabr 2019, 13:37

Kiyevin mərkəzindəki restoranlardan birində deputatlar arasında dava olub. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, nəticədə onlardan birinin çiyni qırılıb.

 

Dava “Batkivşina” fraksiyasının üzvü Ruslan Boqdan və “Avropa Həmrəyliyi” fraksiyasının üzvü Sergey Alekseev arasında baş verib. Hadisədən sonra həkimə müraciət edən Alekseevin qabırğalarının əzildiyi, çiynini qırıldığı və s. xəsarətlər müəyyən edilib.

 

Faktla bağlı “xuliqanlıq” maddəsi ilə iş açıla bilər.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir