Modern.az

Paşinyan Putinin düşməninə siyasi sığınacaq verdi

Paşinyan Putinin düşməninə siyasi sığınacaq verdi

Dünya

3 Sentyabr 2019, 14:56

Ermənistan rusiyalı müxalifətçi, ictimai-siyasi daxim Vitali Şişkinə siyasi sığınacaq verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o buna görə baş nazir Nikol Paşinyana təşəkkür edib.

“Rusiyada siyasi səbəblərdən təqiblərə məruz qalan siyasətçi kimi Ermənistan dövlətinə təşəkkür edirəm”-deyə o açıqlama verib.

 

2019-cu ilin fevralında siyasi sığıanacaq almaq üçün rəsmi Yerevana müracuət edib. Rusiyada “Siyasi Məhbus Övladlarına Yardım Beynəlxalq Xeyriyyə Fondu”nun sədri olan siyasətçi 2015-ci ilin fevralından 2019-cu ilin yanvarına qədər Rusiyada həbsdə olub. Vitali Şişkin “kütləvi iğtişaşlara çağırış” və “milli ədavətə çağırış” maddələri ilə məhbusluq həyatı sürüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə