Modern.az

Yeniyetmə və gənclər arasında müzakirə - Vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu 

Yeniyetmə və gənclər arasında müzakirə - Vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolu 

Aktual

16 İyun 2019, 16:10

İyunun 10-15-i tarixlərində Qəbələ rayonunda, “Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti “ İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə « İslam həmrəyliyi Azərbaycan kontekstində ” - yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin təşkili» layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilib.

 

Layihənin əsas məqsədi yeniyetmə və gənclərin mənəvi-əxlaqi tərbiyəsinin zənginləşdirlməsi, vətənpərvərliyin inkişafında islam dəyərlərinin rolunu təşviq etməkdən ibarətdir.

 

Cəmiyyətdə İslam əxlaqı və dini dəyərlərə önəm verilməsinin və həmin dəyərlərin bərpa edilməsinin nə qədər əhəmiyyətli olduğunu sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, internet televiziyada və radioda bu istiqamətdə müvafiq maarifləndirmə işinin aparılmasını əhatə edir.

 

Tədbirlərdə çıxış edənlər qarşıya qoyulan məqsədə nail olmaq üçün layihəni həyata keçirən təşkilatın qarşısında bir sıra vəzifələr durduğunu xüsusi olaraq vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?