Arxiv
3 Sentyabr 2019, 16:39 | HADİSƏ
““Quran”da erkən nikaha işarə yoxdur” - Dinşünas alim “mollaları” İFŞA ETDİ

“Erkən nikah tərəfdarları, yəni azyaşlıların nikaha daxil olmasına haqq qazandırmaq istəyənlər bəraətləri üçün yanlış dini yozumlara üz tuturlar. Spekyulativ fikir ümumilikdə belədir ki, guya dinimiz qızlar üçün konkret yaş dövrünü deyil, həddi-büluğ ("özünü fizioloyi olaraq tanıma") yaşını əsas götürür. Bu, 12 yaş da ola bilər, 16 yaş da, hətta müəyyən səbəblərdən 18 də”.

Modern.az-ın məlumatına görə, bu fikirləri tanınmış dinşünas alim Nəriman Qasımoğlu bildirib.


O, erkən nikahla bağlı “Quran”a istinad edib buna haqq qazandıranları qınayaraq, həmin iddiaları yalanlayıb:


“"Azyaşlı" – "uşaq" deməkdir. "Uşaq" sözünün OXU-da (“Quran”ı nəzərdə tutur-red.) keçdiyi ayələr var. Həmin ayələrdə insanın yaradılışı və inkişaf dövrləri haqqında məlumat gedir və “uşaq” sözü yetkinlik çağından əvvəlki yaş dövrünü bildirir (22:5; 40:67).

OXU orijinalında “yetkinlik” kimi tərcümə və izah olunan “əşudd” termini keçir və bu, insanın ilk gəncliyi ilə 40 yaşı arasındakı dövrü əhatə edir (6:152; 17:34; 46:15)”.

N.Qasımoğlunun sözlərinə görə, “Quran”dakı Qadınlar surəsinin 6-cı ayəsində gənclərin nikaha daxilolma yaşına işarə kimi səslənən bir hikmət var:

“Ayədə diqqət öncə valideynlərini itirmiş və başqalarının himayəsində qalan yetimlərə, onların miras haqqına yönəldilir. Ayənin həmin hissəsi tərcümədə belə səslənir:


“Nikah çağına çatıncayadək yoxlayın yetimləri. Onlarda bir ağıl-kamal duysanız, qaytarın özlərinə mallarını...”

Burada söhbət valideynlərdən qalma irsin, mal-mülkün yetimlərə qaytarılması zərurətindən gedir və bu zərurət də mülkiyyət haqqına sahiblənib onu idarə etmək üçün onların ağıllı-kamallı olmasını nəzərdə tutur. Gəncin bu keyfiyyətə yiyələnməsi dövrü də onun evlənmə zamanı ilə əlaqələndirilir. Ayənin tərcüməsində “ağıl-kamal” olaraq işlənən söz OXU-nun əslində “ruşd” termini ilə ifadə olunur ki, bu, doğru qərar qəbul etmə, sağlam düşüncə və mühakimə qabiliyyəti anlamını da verir. OXU-dan çıxan nəticə budur ki, nikaha girən gənc - istər oğlan olsun, istər qız - agıllı-kamallı, sağlam düşüncəli, doğru mühakimə qabiliyyətli olmalıdır, azyaşlı bundan sadəcə təbii səbəblərə görə məhrumdur.

Qadınlar surəsinin 25-ci ayəsində qızların ailə qurma yaşına çatanlar haqqında da bir söz keçir: “fətəyə:t”. Bu söz azyaşlılara aid deyil, “gənc qızlar” olaraq tərcümə edilir.

Bəziləri fikirlərini əsaslandırmaq üçün “Talaq” surəsinin (65) 4-cü ayəsinə istinadən iddia edirlər ki, qızların erkən nikahı guya dinimizcə mümkündür. Həmin ayə ərindən ayrılan qadınların boşanma zamanı fiziki durumu haqqındadır: qocalmış, aybaşından kəsilmiş qadınlar; boşanma zamanında aybaşı keçirməmiş olan qadınlar; boşanma zamanında hamilə olan qadınlar. Aybaşı keçirməmişləri azyaşlılar kimi qələmə verən saxta din təəssübkeşləri adi bir həqiqəti görməzlikdən gəlməyə çalışırlar ki, ayədə ümumiyyətlə hələ aybaşı halını yaşamamışlar deyil, boşanma vaxtında bunu müvəqqəti olaraq keçirməmiş qadınlar nəzərdə tutulur”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05