Modern.az

Putinin Ermənistana səfəri ləğv oluna bilər – SƏBƏB Koçaryandır

Putinin Ermənistana səfəri ləğv oluna bilər – SƏBƏB Koçaryandır

Dünya

3 Sentyabr 2019, 17:14

Oktyabrın əvvəllərində Yerevanda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin dövlət başçılarının sammiti keçirilməlidir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər öncəsi prezidentlərin təhlükəsizlik və protokol xidmətləri öz aralarında səfərin detallarını razılaşdırır.

 

“Past” qəzetinin əldə etdiyi məlumata görə, Putinin protkol xidməti onun cəzaçəkmə müəssisələrini ziyarət etmək üçün hüququnun verilməsini istəyib. Amma Ermənistan hakimiyyəti buna məhəl qoymayıb.

“Mənbələrimiz açıqlama verməsə də, çox gümanki cəzaçəkmə müəssisələrini ziyarət etmək Putinə Robert Koçaryanı ziyarət etmək üçün nəzərdə tutulub”-deyə mənbə vurğulayıb.

 

Moskva sentyabrın 10-na kimi Paşinyan hökumətinə vaxt verib. Əgər bu müddətdə Putinin istəyinə müsbət cavab verilməzsə, Avrasiya İqtisadi Birliyinin sammiti Moksvada keçiriləcək.

 

  

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür