Modern.az

Çin “Instagram”a alternativ yaradır

Çin “Instagram”a alternativ yaradır

Dünya

3 Sentyabr 2019, 22:45

Çinin “Weibo” sosial şəbəkəsi “Oasis” istifadəçiləri ilə şəkillərin mübadiləsi üçün xidmətini sınaqdan keçirir.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu tətbiq “Instagram”ın analoqu olan “RED” xidmətinə rəqib olacaq. Ona girişin digər ölkələrdə də mümkün olub-olmayacağı barədə hələlik bir məlumat yoxdur.

Qeyd edək ki, bütün dünyada populyar olan bir çox sosial şəbəkələrə giriş Çin ərazisində bağlıdır. Ən məşhurlardan “Facebook”, “Instagram” və “Google” xidmətlərinin hər birinin Çində öz analoqu var.

“Oasis”in buraxılış tarixi hələlik açıqlanmır. “Weibo” Çində ən böyük sosial şəbəkə hesab olunur. Onun 486 milyon istifadəçisi var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə