Modern.az

Ramzan Kadırov: ”Rusiya Gürcüstan və Ukraynanı ləğv etməlidir”

Ramzan Kadırov: ”Rusiya Gürcüstan və Ukraynanı ləğv etməlidir”

24 Dekabr 2009, 11:17

Çeçenistan prezidenti Ramzan Kadırov hesab edir ki, Gürcüstan və Ukrayna Rusiya üçün xəstəlikdir və o ölkələri ləğv etmək lazımdır. Modern.az-ın məlumatına görə, Kadırov bu barədə  “The Telegraph”-a verdiyi müsahibədə bildirib. Kadırova görə, Gürcüstanın ötən ilin avqustunda Cənubi Osetiyaya hücumu bütün Qafqazı ələ keçirməyə çalışan Qərb dövlətlərinin Rusiyanın əleyhinə hazırladığı qəsdin bir hissəsi idi.  O, Rusiya hökumətini bu cür təhlükənin qarşısını almaq üçün hücum strategiyası hazırlmağa çağırıb.

“Gürcüstan, Cənubi Osetiya, Ukrayna-bütün bunlar davam edəcək və davam edir. Bu Rusiyanın ayrıca xəstəliyidir. Əgər biz bu problemi ləğv edə biliriksə, onda nəyə görə əziyyət çəkməliyik? Biz böyük ölkəyik, bizim hər şeyimiz var; ordu, texnologiya və s. Bizə hücum etmək lazımdır”-deyə çeçen lideri bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi