Arxiv
4 Sentyabr 2019, 16:43 | TƏHSİL
280-dən çox şagirdin yerdəyişməsindən imtina edilib - SƏBƏB  

Təhsil Nazirliyinin yaratdığı şagirdlərin elektron yerdəyişməsi sistemi tərəfindən 282 şagirdin yerdəyişməsinə imtina cavabı verilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, avqustun 15-dən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 19 234 müraciət daxil olub. Onlardan 13 760 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 5192 sorğu baxılma mərhələsindədir, 282 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

 

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı və regionlarda Alternativ Qeydiyyat mərkəzləri də fəaliyyət göstərir.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi üçün valideyn əvvəlcə yerdəyişmə icra etmək istədiyi məktəbə yaxınlaşmalı, övladının Ümumi təhsil informasiya sisteminə (ÜTİS) daxil edilməsi ilə bağlı müraciət etməlidir. Məktəb tərəfindən həmin şagird sistemə daxil edildikdən sonra valideynə övladının ÜTİS kodu təqdim olunur. Daha sonra valideyn şagirdlərin elektron yerdəyişməsi sistemində (www.sy.edu.az) qeydiyyatdan keçərək müraciət etmək istədiyi məktəbə sorğu yerləşdirir. Bunun üçün valideyn sistemdə şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil edir, daha sonra əldə olunmuş məlumatları təsdiqləyir və istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə gələn SMS-də göstərilmiş təsdiq kodu müvafiq açılan pəncərədə daxil edilir və qeydiyyat tamamlanır.

 

Növbəti mərhələdə valideyn ÜTİS kodu əsasında övladını elektron sistemdə qeydiyyatdan keçirir, yerdəyişmə etmək istədiyi məktəbi seçir. Sistem həmin məktəbdə boş siniflərin olub-olmadığını göstərir. Valideyn boş yeri olan (qara rənglə qeyd olunmuş) sinfi seçməklə, məktəbə müraciətini tamamlayır.

 

Sorğuya sistem tərəfindən ən geci 5 iş günü ərzində təsdiq gələndən sonra valideyn övladının şəxsi işini əvvəl təhsil aldığı məktəbdən götürərək müraciət etdiyi məktəbə təqdim edir.

 

Bundan əlavə, valideyn şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri 258 və 42 nömrəli tam orta məktəblərdə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərinə yaxınlaşa və övladının qeydiyyat prosesini həyata keçirə bilər. Eyni zamanda Alternativ Qeydiyyat Mərkəzindən şagirdin ÜTİS kodunu əldə etdikdən sonra valideyn www.sy.edu.az sisteminə daxil olmaqla yuxarıda qeyd olunan ardıcıllıqla sorğu yerləşdirə bilər.

 

Digər rayon (şəhər) ümumtəhsil məktəbləri şagirdlərinin Naxçıvan Muxtar Respublikasındakı məktəblərə yerdəyişmə prosesi əvvəlki illərdə olduğu kimi, “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalar”a əsasən həyata keçirilir. Ətraflı olaraq bu linkdən https://edu.gov.az/az/page/394/5172 məlumat əldə etmək mümkündür.

 

Xaricdə təhsil alan azərbaycanlı şagirdlərin respublikanın rayon (şəhər) məktəblərinə yerdəyişmə prosesi də Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi qaydalarına əsasən, həmçinin yuxarıda adıçəkilən Alternativ Qeydiyyat mərkəzlərində həyata keçirilir.

 

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım məqsədi daşıyır.

 

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX 18 Sentyabr 2019, 11:33 Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək 18 Sentyabr 2019, 11:32 Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı 18 Sentyabr 2019, 11:20 Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq... 18 Sentyabr 2019, 11:19 Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə 18 Sentyabr 2019, 11:16 Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT 18 Sentyabr 2019, 11:14 Komitə sədri: “Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” 18 Sentyabr 2019, 11:06 Zakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədi - FOTOLAR 18 Sentyabr 2019, 11:04 Cəmil Quliyev yeni vəzifəyə təyin olundu 18 Sentyabr 2019, 11:01 Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatını Bakıya dəvət etdi 18 Sentyabr 2019, 10:57 Maşınla adam vurub öldürən sürücü tutuldu 18 Sentyabr 2019, 10:55 Ötən gün yol qəzalarında 7 nəfər ölüb 18 Sentyabr 2019, 10:51 BANM-da “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi 18 Sentyabr 2019, 10:33 “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi Heydər Əliyev Mərkəzində 18 Sentyabr 2019, 10:27 Azərbaycan dilinin izdivac və idxal prosesində gücü 18 Sentyabr 2019, 10:27 Ermənistan atəşkəsi 20 dəfə pozdu 18 Sentyabr 2019, 10:24 AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Sədr İZAH ETDİ 18 Sentyabr 2019, 10:18 Mahir Emrelinin evini yaranlar tutuldu - FOTOLAR 18 Sentyabr 2019, 10:14 Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA: “Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki...” 18 Sentyabr 2019, 09:55 “Sosial evləri alıb “mənzil kolleksiyası” yaradırlar” - ETİRAZ 18 Sentyabr 2019, 09:40 Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ 18 Sentyabr 2019, 09:36 Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14