Arxiv
5 Sentyabr 2019, 13:16 | HADİSƏ
Pivə içib maşın sürmək olar? - Yol Polisi: “Qanda bu həddən artıq spirt aşkarlanarsa…”

Dünyanın bir çox ölkəsində avtomobili sərxoş idarə etməyə görə sərt cəzalar tətbiq edilir. Azərbaycanda da bununla bağlı sərt tədbirlər görülür. Sərxoş halda avtomobil edənlər yüksək miqdarda  - 400 manat məbləğində cərimə edilir, sürücülük vəsiqəsi müəyyən müddətdə məhdudlaşdırılır.  Dünyanın bir çox ölkəsində qanda 0,5 promildən artıq spirt aşkarlanarsa, sürücü cərimələnir.

Bəs Azərbaycanda vəziyyət necədir? Spirt sərhədi nə qədərdir? Məsələn, bir bokal pivə içib sükan arxasına keçmək olarmı?


Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsində nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət var.

 

“Bu inzibati məsuliyyətə uyğun olaraq sürücü 400 manat məbləğində cərimə edilir, 5 bal yazılır və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır”.

 

“Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda sürücü sərxoşluq vəziyyətində olan hesab edilir” – deyə R.Quliyev fikirlərinə əlavə edib.

 

Rüfət Quliyevin sözlərinə görə, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


“90 FM” (İctimai radio) radiosunda yayımlanan məşhur “Avtostop” verilişinin aparıcısı Dj Tural Yusifov deyir ki, istər pivə olsun, istər şərab və ya araq,  o, istənilən növ spirtli içkiyə qarşıdır:

“İstəyir şərab olsun, istəyir araq, istər pivə. Hətta adi bir pivədən parkinqdə olduğunuz zamanı böyük faciələr baş verə bilər. Çünki spirt sürücünün diqqətini azaldır. Onun reaksiyasını korşaldır.

Qanunlara əsasən, Azərbaycanda nəfəsdə 0.16 promil, qanda isə 0.3 promil spirtə icazə verilir. Bu rəqəmlərdən daha artıq olarsa, siz sərxoş sürücüsünüz. Bu məntiqlidir. Çünki hər bir insanın bədənində endogen alokoqol mövcuddur. Bu alokoqol kvas, limonad,təzə sıxışmış meyvə şirəsi,qara çörək, kolbasa ,tam yetişməmiş banan,şokolad, hətta narıngi və protağal yedikdən sonra da arta bilər.

Nəzəri cəhətdən bir bokal pivədən bir neçə saat sonra sükan arxasına keçmək olar. Təkrar edirəm nəzəri olaraq. Niyə görə belə qeyri-dəqiq? Çünki orqanizmin ayılma müddəti içkidən, nə ilə içilib ondan, orqanizmin individual göstəricilərindən - məsələn, çəkidən, qara ciyərin vəziyyətindən və s.-dən asılıdır.

Misal olaraq qeyd edim ki, 0.5 litr  6%-ik pivəni 60 kq-ıq şəxs içərsə, bu alkoqol onun qanından 4 saat 20 dəqiqəyə sorulacaq.


Tünd pivə açıq rəngli pivədən fərqli olaraq, insan bədənində daha çox qalır. Hətta deyərdim şərab daha tez bədəninizdən çıxacaq, nəinki tünd pivə. Pivəni yeməklə birlikdə qəbul etdikdə, sərxoşluq daha gec gəlir və orqanizmdən daha gec çıxır”.


DJ Tural deyir ki, 80 kq-ıq gənc bir adam günün birinci yarısında acqarına 0.5 litr 3.5-5% açıq rəngli pivə içərsə, onun qanında 0.44 promil (nəfəsində  0.26 pm) alkoqol yaranacaq. Onun tam ayılması üçün nahardan sonraya qədər vaxt tələb ediləcək. 3-4 saatdan sonra sükan arxasına keçdikdə belə, yenə orqanizmdən asılı olaraq nəfəsində alkoqol hiss edilə bilər və sərxoş halda sükan arxasında olduğuna görə cəzalandırılar:

“Daha yaşlı insan eyni miqdarda pivə içdiyi zaman gün ərzində sükan arxasına keçməli deyil. Çünki orqanizm yaşlıdır və onu bədəndən xaric etməyəün uzun müddət lazım olacaq.

Ən sağlam insan belə, köpüklü 1 litr pivədən sonra tam ayılmaya bilər. Qadınların orqanizimindən isə pivə daha gec xaric olur. Daha ağır alkoqollu içgilər qəbul etdikdə isə 2 dəfə daha gec alkoqoldan xilas olmaq prosesi gedir. Bu təbitədən asılıdır. Qadınlarda etil spirtinin həll edilməsinə cavabdeh olan ferment kişilərdən 58% azdır.


Daha bir məsələ spirtsiz pivədir. “Spirtsiz pivə içmişdim və məni saxlayıb cərimə yazdılar. Sportsiz pivədi axı” tipli suallar və narazılıqlara çox rast gəlmişəm.

Pivə qıcqırmadan yaranır. Qıcqırmada isə təbii olaraq spirt yaranmalıdır. Bu pozulmayan bir qanundur. Lakin digər növ alkoqolsuz pivələr var ki, onların hazırlanması zamanı adi dadlandırıcılardan istifadə edilir və sizə elə gəlir ki, siz pivə içirsiniz. Təbii ki, ikincinin yalnız adı pivədir. Bir də var klassik üsulla hazırlanan pivələr. Hansı ki, qablaşdırmanın sonunda onun spirti sovrulur və qapağı bağlanır. Bu cür pivəni isə qapağı açılan kimi içmək lazımdır. Çünki bir müddətdən sonra onda spirt yaranacaq. Qapağı açılan kimi pivəni sona qədər içən neçə nəfər tanıyırsınız?”.

“Avtostop”un aparıcısı bütün sürücüləri azalkoqollu içkilərdən də uzaq durmağa çağırır:

“Az və çox fərq etməz. Bu sübut edilən fatkdır ki, alokoqol diqqəti azaldır. Bir saniyə diqqətsizlik pivədən aldığınız zövqü korlaya bilər.

Ayıq sürücü, taksi xidmətindən istifadə etsəniz gününüzü heç kim korlamaz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05