Modern.az

Dünyanın geosiyasi qarşıdurması: Çin, yoxsa ABŞ...

Dünyanın geosiyasi qarşıdurması: Çin, yoxsa ABŞ...

Analitika

6 Sentyabr 2019, 10:04

XXI əsrin əsas geosiyasi oyunçularından söz açarkən Çini unutmaq qeyri-mümkündür. Rəsmi Pekin son 20 ildə nəhəng iqtisadi sıçrayış edərək, ABŞ-dan sonra dünyada ən böyük ikinci iqtisadiyyata malik ölkəyə çevrilib.

 

Modern.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Çin 2032-c ildə Ümumi Daxili Məhsul (ÜDM) istehsalına görə ABŞ-ı da geridə qoyacaq. Çmin Kommunist Partiyasının sədri Si Tzinpin ölkənin 2049-cu ilə qədər inkişaf modelini təqdim edərkən 10 prioritet sahə üzrə - informasiya texnologiyaları, robot texnikası, aviasiya və kosmos, okeanoqrafiya və dəniz ticarəti, farmokologiya və tibbi avadanlıqlar, avtomobillər, dəmir yolu nəqliyyatı, elektroenergetika, yeni materialların hazırlanması, aqrar texnika və s. - dünya liderliyini ələ keçirməyi hədəfləyir.

 

Çin iqtisadiyyatının illik artımı ikirəqəmli olsa da, iqtisadiyyatı hələ də Qərbin innovativ texnologiaylarından asılı olan və dünyaya ucuz mallar satan ölkə sayılır.

Məhz texniki geriliyi aradan qaldırmaq Kommunist Partiyasının yaxın illərdəki əsas hədəfidir.  

 

Amma rəsmi Pekin yalnız iqtisadi sahədə deyil, siyasət meydanında da “at oynatmağa” meyllidir.

Belə ki, yaxın 20 il ərzində Çin dünyanın ən güclü hərbi-dəniz donanmasını yaratmaq istəyir. Digər tərəfdən, Çinin dünyadakı geosiyasi proseslərə təsir gücü hələlik zəif olaraq qalır. Yalnız Sakit okeanın Şərq sahillərində Çin öz nüfuzuna görə ABŞ-la rəqabətə girə bilər. Digər tərəfdən, ABŞ-ın Çinin tərkib hissəsi saydığı, de-faktor müstəqil Tayvan adasına açıq himayə göstərməsi, Çini kommersiya casusluğunda ittiham edərək, yerli şirkətlərə qarşı sanksiyalar tətbiq etməsi (Huawei), Tibet separatçıları ilə “isti münasibət” qurması və insan haqlarının pozulmasına dair Pekinin ünvanına tənqidlər səsləndirməsi iki dünya nəhənginin münasibətlərinə kölgə salır.


Xüsusən, “Huawei” telekommunikasiya nəhəginə qarşı sanksiyalar, şirkətin kommersiya casusluğunda ittiham olunması Çinin artan texnioloji inkişafını önləmək üçün Ağ Evin səyləridir.

 

Paralel olaraq, Ağ Ev Çini də Rusiya kimi dünyadakı hazırkı siyasi status-kvonu dəyişmək cəhdlərində şübhəli bilir. Təsadüfi deyil ki, Pentaqonun 2018-ci ildə hazırladığı Milli Müdafiə Strategiyası adlı sənəddə Çinin və Rusiyanın əsas hərbi və siyasi rəqiblər olduğu göstərilir. Sənəddə Pekinin artıq süni intellekt və hipersəsli raketlərin hazırlanmasında ABŞ-ı geridə qoyduğu da həyəcanla vurğulanır.

 

2018-ci ilin yayında başlayan və bu günə qədər gah azalan, gah yüksələn xətlə inkişaf edən Çin-ABŞ “ticarət müharibəsi” də bu həyəcanın davamı kimi qəbul olunmalıdır. Hələ 2016-cı ildə prezident kampaniyası zamanı Tramp Çinin ABŞ-ı “zorladığı”nı deyirdi. Doğurdan da, dəyəri 720 milyard dollara çatan ticarət dövriyyəsində ABŞ Çinə 190 milyard dollar dəyərində məhul satırdısa, Çin əks istiqamətdə 534 milyard dollarlıq mal göndərirdi. Tramp administrasiyası ucuz Çin mallarının ölkə bazarlarını zəbt etməsindən narazı qalıb. Ticarət rüsumun qaldırmaqla Tramp administrasiyası daxili bazarını qorumağa çalışır.

 

Görünən odur ki, yaxın onilliklərdə dünyanın 1 nömərli geosiyasi hadisəsi Çinlə ABŞ arasında iqtisadi və siyasi hegemonluq mübarizəsi olacaq. Bu mübarizədən kimin qalib kimi ayrılacağını proqnozlaşdırmaq isə qeyri-mümkündür. 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi