Modern.az

Siyavuş Novruzov müxalifəti qan verməyə ÇAĞIRDI

Siyavuş Novruzov müxalifəti qan verməyə ÇAĞIRDI

6 Sentyabr 2019, 11:06

“Məhərrəmlikdə insanlar özlərinə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar”.

Modern.az xəbər verir ki, bunu deputat, hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov  bu gün keçirilən qanvermə aksiyası zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkdiyi üçün qana ehtiyac duyur: "Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiyalar keçirir".


Deputat insanları Aşura günündə məscidlərdə qan verməyə səsləyib: "Özünü döymək, baş yarmaq hallarına yol verməsinlər".

S.Novruzov müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib. O qeyd edib ki, müxalifət nə ağac əkir, nə qan verir:

"Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi