Modern.az

Türkdilli dövlətlər Azərbaycan və Türkiyə ətrafında birləşir - ŞƏRH

Türkdilli dövlətlər Azərbaycan və Türkiyə ətrafında birləşir - ŞƏRH

Aktual

6 Sentyabr 2019, 15:46

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısı oktyabrın 14 və 15-də Azərbaycanda keçiriləcək.

 

Modern.az-ın məlumatına görə,  TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır, onun əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişafıdır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısının Bakı səfərinin əhəmiyyətini şərh edib:

 

“Oktyabrda Bakıda iki böyük toplantı keçiriləcək. Biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, digəri isə Qoşulmama HərəKatının Zirvə toplantısıdır. Hər iki toplantı çox önəmlidir. Bu toplantıların keçirilməsi Azərbaycanın bölgədəki əhəmiyyətini bir daha göstərəcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bir neçə belə toplantısı baş tutub. Hər halda, bu toplantının keçirilməsi təmas müstəvisidir, əlaqələrin inkişafına təkan verən məsələdir. Eyni zamanda Azərbaycanla Türkiyə arasında ortaq layihələr də var. Türkdilli dövlətlərin əsas nüvəsini Azərbaycanla Türkiyə arasındakı strateji əlaqələr təşkil edir”.

 

Siyasi ekspert bildirib ki, Azərbaycan və Türkiyə çalışır ki, digər türkdilli dövlətləri də toplasınlar:

“Ancaq Türkmənistan bir az kənarda olmağa çalışır. Özbəkistan isə uzun illərdir ki, toplantılara qoşulmurdu. Ola bilsin ki, Özbəkistanda prezident dəyişdiyinə görə bu işə maraq göstərsin. Azərbaycan və Türkiyə Türkmənistanın və Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmasına və aktiv iştirakına  çalışır. Bu da hamının xeyrinədir. Ona görə də bu əməkdaşlıq müsbət nəticələr verə bilər”.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sər da imzalayıb.

 

Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır