Modern.az

AKP Kaftancıoğlunun həbsinə haqq qazandırdı

AKP Kaftancıoğlunun həbsinə haqq qazandırdı

Dünya

6 Sentyabr 2019, 22:57

"Hüquq qarşısında hər kəs bərabərdir. Onun toxunulmazlığı yoxdur. Etdiyi paylaşımlar siyasi tənqiddən kənar paylaşımlardır".

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, millət vəkili Məhməd Muş CHP-çi Canan Kaftancıoğlunun həbsi ilə bağlı danışarkən bildirib.

“İşlərinə yarayanda “Türkiyədə məhkəmələr var imiş” deyirlər. Fəaliyyətlərinə uyğun olmayanda isə “bunu hakimiyyət sifariş etdi” deyirlər. Belə bir şey ola bilməz. Bu paylaşımları oxusunlar! Bu ifadələr CHP rəhbərinə söylənsə, nə edəcək? Məhkəməyə gedəcəklər”, - deyə Muş bildirib.

Qeyd edək ki, CHP-nin İstanbul üzrə rəhbəri Canan Kaftancıoğlu 9 il 8 ay müddətinə həbs edilib.

O, sosial şəbəkədəki hesablarında bəzi qanunazidd paylaşımlarına görə ittiham olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!