Modern.az

Yunanıstan böhranı geridə qoydu

Yunanıstan böhranı geridə qoydu

Aktual

7 Sentyabr 2019, 23:14

Yunanıstan böhranı geridə qoyub.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu baş nazir Kiriakos Mitsotakis Saloniki şəhərində 84-cü Beynəlxalq Sərgidə Hindistan pavilyonunu açarkən söyləyib.

“Təsadüfi deyil ki, Hindistan bu il fəxri ölkədir, Yunanıstanın böhrandan çıxdığı bir vaxtda mərkəzi şüarımız “hər kəs üçün artım, hər şeydə artım” olacaq”, - Mitsotakis belə deyib.

Baş nazir bildirib ki, 10 ildə Hindistan yüz milyonlarla hindistanlının yoxsulluqdan çıxaraq yeni sərvət yaratması üçün adambaşına düşən ÜDM-ni iki dəfə artırıb.

Mitsotakis iki ölkə arasında qədim mədəniyyətlərin irsi, milli birlik istəyi, parlament demokratiyası dəyərlərinə hörmət, yaradıcılıq kimi ortaq cəhətlərin olduğunu, eləcə də Hindistan və Yunan alimlərinin və iş adamlarının yer kürəsinin hər yerində bir araya gəldiklərini də bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür