Modern.az

Türkiyə millisi Avropa çempionatının FİNALINDA!

Türkiyə millisi Avropa çempionatının FİNALINDA!

7 Sentyabr 2019, 23:42

Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib.

Modern.az xəbər verir ki, finala vəsiqə uğrunda görüşdə Serbiya millisi İtaliyanı, Türkiyə seçməsi isə Polşanı 3:1 hesabı ilə məğlub edib. Beləliklə, çempionatın finalında Serbiya millisi Türkiyə ilə qarşılaşacaq. İtaliya və Polşa komandaları isə bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər.

Çempionatın C qrupunda mübarizə aparan Azərbaycan millisi Xorvatiya və Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.

Çempionatın final və üçüncü yer uğrunda matçları sentyabrın 8-də Türkiyədə təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir