Modern.az

Gürcüstanın baş naziri postuna namizəd: “Azərbaycanla effektiv münasibətlərin qurulması vacibdir”

Gürcüstanın baş naziri postuna namizəd: “Azərbaycanla effektiv münasibətlərin qurulması vacibdir”

Aktual

8 Sentyabr 2019, 11:45

“Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistanla effektiv və pozitiv münasibətlər qurması çox vacibdir”.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxaria parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu ölkələrlə əlverişli siyasi və iqtisadi münasibətlərin qurulması üçün olduqca dəqiq və fəal iş aparılmalıdır.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentində G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi