Modern.az

11 sentyabr MÜƏMMASI – “O, terroru canlı yayımda izləyib?”

11 sentyabr MÜƏMMASI – “O, terroru canlı yayımda izləyib?”

Aktual

8 Sentyabr 2019, 12:20

11 sentyabr 2001-ci ildə ABŞ-da törədilən terrorda, 4 sərnişin təyyarəsi qaçırılmış, təyyarələrdən ikisi dönəmin ən yüksək binaları olan Dünya Ticarət Mərkəzinin Şimal və Cənub qüllələrinə çırpıldı. Üzərindən 18 il keçməsinə baxmayaraq, terrorun arxasındakı əsl adam və qurumlar müzakirə mövzusu olaraq qalır.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, terrorun il dönümü yaxınlaşarkən, indi də ABŞ-ın həmin dönəmdə prezidenti olan Corc Buşun 11 sentyabr hücumunu canlı yayımda izlədiyi iddia edilib.

Amazon Prime sənədli filmi Loose Change: 9/11, o Corc Buşla bağlı məsələləri araşdırıb.

11 sentyabr 2001-ci il səhəri Buş Floridadakı bir məktəbi ziyarət edirdi. Ancaq sənədli filmə görə Buş, binaya girmədən öncə təyyarələrdən birinin Əkiz binalara çırpıldığından xəbərdar idi.

Sənədli filmdə bir nəfər, Buş daha əvvəl bir neçə dəfə ilk hücumu televizordan canlı izlədyini iddia etmişdi” deyir. Bunun mümkün olmadığı, xalqın görmədiyi bir şeyi Buşun görməyəcəyi fikirləri ortaya qoyulub.

TV kameraları hücumların görüntülərini ancaq ilk təyyarə şimal qülləyə çırpıldıqdan sonra yayımlamışdı. Sənədli film bunun tam olaraq detallarını paylaşmasa da, nəzəriyyəçilə bunun Buşun terror aktları olmadan öncə haqqında məlumat aldığının isbat edildiyi fikrini irəli sürür.

 

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə əksəriyyəti səudiyyəli olan Əl-Qaida terrorçuları ABŞ-ə XXI əsrin ən dəhşətli terror hücumunu həyata keçirilib.

Hücum zamanı Nyu-Yorkdakı əkiz qüllələr, habelə Virciniya ştatında yerləşən Pentaqon binasına təyyarələr çırpılıb. Nəticədə 3 minə qədər günahsız insan ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır