Modern.az

Ankara və İstanbulun bələdiyyə sədrləri dəyişdirilir? – Nazirdən AÇIQLAMA  

Ankara və İstanbulun bələdiyyə sədrləri dəyişdirilir? – Nazirdən AÇIQLAMA  

Aktual

8 Sentyabr 2019, 16:24

“Ankara və İstanbul böyükşəhər bələdiyyə sədrlərinin təyinetmə yolu ilə dəyişdirilməsi müzakirə mövzusu ola bilməz”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib:

 

“Terroru dəstəkləyirsinizsə, terroristlərə yardım edirsinizsə, terrorla əlaqəniz var əlbəttə dövlət burada lazımı tədbirləri görər Amma nə İstanbul,  nə də Ankara bələdiyyə sədrlərinin dəyişdirilməsi müzakirə mövzusu deyil. Bütün bu fikirlər Diyarbakır, Mardin və Van bələdiyyə başqanlarını geri gətirmək üçün düşünülüb”.

 

Qeyd edək ki, terrorla əlaqəli fəaliyyətləri aşkar edildiyi üçün Türkiyənin bir sıra bölgələrində bələdiyyə sədrləri təyinetmə yolu ilə dəyişdirilib. Son vaxtlar bu halın Ankara və İstanbulda da baş verə biləcəyi barədə yayılan şayiələr ictimai müzakirədə səngimir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır