Modern.az

İcra başçısı seldən zərərçəkən obyektlərdə oldu - FOTO

İcra başçısı seldən zərərçəkən obyektlərdə oldu - FOTO

Aktual

8 Sentyabr 2019, 20:18

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon İçməli Su və Kanalizasiya idarəsinin  çirkab sularından təmizləyici qurğusunun yeləşdiyi ərazidə və Goran qəsəbəsində olub.

Goranboy rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, icra başçısı rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə  təbii fəlakət zamanı yaranan  sel suları nəticəsində zərərçəkən  obyektlərə baxıb.

İcra başçısı içməli su təsərrüfatı və kanalizasiya qurğularına, həmçinin, Goran qəsəbəsi ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərinə  dəyən maddi və texniki ziyanın öyrənilməsi və aradan qaldırılması ilə bağlı aidiyyəti məsul şəxslərə zəruri tapşırıqlarını verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!