Arxiv
8 Sentyabr 2019, 21:14 | AKTUAL
Baş məşqçi Xorvatiya ilə oyunu şərh etdi

"Sabah bizi böyük oyun gözləyir. Dünya çempionatının finalçısı ilə qarşılaşacağıq".

Modern.az  "Report"a istinadən xəbər verir ki, bunları Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, komandası oyuna yaxşı köklənib: "İki gün öncə keçirdiyimiz matçda son dəqiqələrdə qol buraxaraq məyus olduq. Uelslə görüş AVRO-2020-nin seçmə mərhələsində ən yaxşı oyunumuz oldu. 1:2 hesabı ilə uduzsaq da yaxşı çıxış etdik. Hətta Xorvatiya ilə səfər görüşündə də. Sabah kompakt oynamalı, əlimizdən gələni etməliyik. Heyətdə müəyyən itkilər olsa da, matça yaxşı köklənmişik".

Baş məşqçi bildirib ki, heyətdə  kiçik zədəli bəzi oyunçular var: "Onlarla bağlı danışdıqdan sonra qərar verəcəyəm. Qapıçı və start heyəti ilə bağlı dəqiq bir söz deyə bilməyəcəyəm. Ağabala Ramazanovun meydana çıxmaq ehtimalı var. Ev oyunlarımız iyuna təsadüf etdi. Həmin vaxt yaxşı formada deyildik. Üstəlik, erkən və standart vəziyyətlərdən vurulan qollar həlledici oldu. Razıyam, seçmə mərhələdə səfərdə daha yaxşı çıxış edirik".

Yurçeviç son matçda "Neftçi"nin kapitanı Emin Mahmudovu oynatmamasının səbəbini də söyləyib:

"Emin Mahmudovu özüm də çox bəyənirəm. Meydana çıxarmamağıma səbəb, bizim daha çox "2 nömrə" kimi çıxış etməyimizdir. Belədə biz daha çox qaçmalı oluruq. Hər komandanın zəif yerləri olur. Məsələn, Xorvatiya Slovakiya ilə ilk matçda yaxşı çıxış etmədi. Ancaq onlarla son görüşdə ideala yaxşı çıxış etdilər. Bəzən komandalar bütün matçlarda eyni səviyyədə çıxış etmir. Ola bilər ki, Xorvatiya 2 gün əvvəllə müqayisədə fərqli təsir bağışlasın".

Xorvatiyalı məşqçi İspaniyanın "Albasete" klubunda çıxış edən Eddi İsrafilovun milliyə dəvət olunmamasına da toxunub: "Eddi İsrafilov bizim üçün çox vacib oyunçudur. Onunla son həftədə 2-3 dəfə danışmışam. Məşqlərə yeni başlayıb. Mənə bildirdi ki, hazırda son 15 dəqiqədə meydana çıxa bilər. Bu dəfə dəvət edilməməsinin səbəbi budur".

Yurçeviç bir qələbəyə qrupdakı vəziyyətlərinin dəyişə biləcəyini vurğulayıb: "Hazırda sonuncu yerdəyik. Real vəziyyət 5-ci olacağımızı göstərir. Amma biz döyüşəcəyik. Bir qələbə qazana bilsək, durum dəyişə bilər. Slovakiya sonuncu matç istisna olmaqla, qalanlarında yaxşı çıxış etməyib. Ümid edirəm ki, sabah da həmin zəif oyunlarından birini keçirəcəklər. Sabah bizim üçün böyük oyundur. Bizim futbolçular ingilis həftəsi sistemində çıxış etmirlər. Çox oyunçuları dəyişə bilmirik. Çünki bu, keyfiyyətin itməsi ilə nəticələnəcək. Oyuna köklənməklə bağlı heç bir problem yoxdur".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlanacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ"ın qrupunda gözlənilməz nəticə 20 Sentyabr 2019, 00:44 Vilayət Eyvazov İdarə rəisini təqaüdə göndərdi 20 Sentyabr 2019, 00:27 Bakıda qadın qonşusu tərəfindən döyülüb 20 Sentyabr 2019, 00:14 25 yaşlı “Əsrin müqaviləsi” - Böyük dəyişikliyə uğurlu başlanğıc 20 Sentyabr 2019, 00:00 "Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq" - Qurban Qurbanov 19 Sentyabr 2019, 23:43 Azərbaycan nefti ucuzlaşıb 19 Sentyabr 2019, 23:30 Elmar Məmmədyarov Macar həmkarı ilə görüşdü 19 Sentyabr 2019, 23:13 “Qarabağ”  doğma meydanda məğlub oldu - 0:3 19 Sentyabr 2019, 22:49 Türkiyədən azərbaycanlılar kütləvi deport edilmir - RƏSMİ 19 Sentyabr 2019, 22:26 Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq 19 Sentyabr 2019, 21:57 “Maşın” şouda bu məşhurlar yarışacaq - FOTO 19 Sentyabr 2019, 21:42 İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB 19 Sentyabr 2019, 21:32 "Çox mənəvi üzüntü yaşayıram" - Fuad Qəhrəmanlı 19 Sentyabr 2019, 21:15 Ayağı kəsilən Xalq artistinin arzusu ... 19 Sentyabr 2019, 21:04 Daha bir KİVDF yaradıldı - RƏSMİ 19 Sentyabr 2019, 20:52 Kərim Kərimova Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 19 Sentyabr 2019, 20:41 Neft sənayesi işçiləri təltif edildi - SİYAHI 19 Sentyabr 2019, 20:29 “Mənə hakimiyyətdən təzyiq olmayıb” - Fuad Qəhrəmanlının qızı danışdı - VİDEO 19 Sentyabr 2019, 20:13 "Qarabağ" "Sevilya"ya qarşı bu heyətlə oynayacaq 19 Sentyabr 2019, 20:02 BDU-da qurultay keçirildi 19 Sentyabr 2019, 19:26 Rövşən Rzayev almaniyalı diplomatlarla görüşüb 19 Sentyabr 2019, 19:03 Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır” 19 Sentyabr 2019, 18:51 Xırdalanda 4 yük avtomobili yanıb   19 Sentyabr 2019, 18:47 “Qafqaz neoliti” filmi təqdim olundu 19 Sentyabr 2019, 18:31 “Əsrin müqaviləsi” Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı 19 Sentyabr 2019, 18:28 Binəqədidə avtomobil qaz xəttinə çırpıldı -  Qaz kəsildi 19 Sentyabr 2019, 18:17 Gürcüstan azərbaycanlıları baş nazirdən universitet yaradılmasını tələb edir 19 Sentyabr 2019, 17:53 Nazirlik rəsmi qeydiyyata alınan işsizlərin sayını açıqladı 19 Sentyabr 2019, 17:50 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb 19 Sentyabr 2019, 17:47 Aparıcıdan “Qarabağ”a dəstək - VİDEO 19 Sentyabr 2019, 17:41 FHN 168 binanın istismarına müsbət rəy verdi 19 Sentyabr 2019, 17:35 “Atəşgah Sığorta”ya məxsus maşın qəzaya düşdü - İki nəfər ölüb 19 Sentyabr 2019, 17:11 Manatın məzənnəsində dəyişiklik? 19 Sentyabr 2019, 17:11 Müsavatda başqanlığa QADIN namizəd 19 Sentyabr 2019, 17:04 Kənd Təsərrüfatı Nazirliyindən İsmayıllıda zəhərlənənlər barədə AÇIQLAMA: Günvurmaya oxşayır 19 Sentyabr 2019, 16:45