Modern.az

Sabahdan paytaxtın bu yolları bağlı olacaq

Sabahdan paytaxtın bu yolları bağlı olacaq

Aktual

8 Sentyabr 2019, 21:49

Sabah səhər saatlarından etibarən Xətai rayonu, “NZS” qəsəbəsində 2 kilometr  uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına start veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq həmin küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar