Modern.az

Güclü zəlzələ İranı silkələdi

Güclü zəlzələ İranı silkələdi

Aktual

8 Sentyabr 2019, 22:10

İranın cənubunda Hörmüzqan vilayətinin Qeşm adasının Laft liman şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Modern.az-ın "Trend"ə istinadən məlumatına görə, bunu vilayətin fövqəladə hallar idarəsinin baş direktoru Əlirza Səfa İsini deyib.

S.İsininin sözlərinə görə, zəlzələ nəticəsində indiyədək tələfatın olması haqda məlumat daxil olmayıb.

O əlavə edib ki, zəlzələ nəticəsində Laft limanının elektriki və telefon əlaqəsi kəsilib.

Zəlzələ Laft limanının 11 kilometrliyində qeydə alınıb.

Qeyd edək ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür