Modern.az

Yevlaxda  yarımstansiya  yandı

Yevlaxda  yarımstansiya  yandı

8 Sentyabr 2019, 23:29

Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kilovatlıq yarımstansiyanın ərazisində qısa qapanma baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nəticədə ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kilovat olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.

Tikilinin içərində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?