Arxiv
9 Sentyabr 2019, 14:27 | HADİSƏ
Zərdüşt Əlizadə Ayaz Mütəllibovu İTTİHAM ETDİ

Azərbaycanda ilk prezident seçkiləri 28  il öncə məhz bu günlərdə keçirilmişdi. 1991-ci ilin 8 sentyabrında  Azərbaycanda keçirilmiş ilk prezident seçkilərində yeganə namizəd Ayaz Mütəllibov səslərin 98.50 %-ni toplayaraq ölkə rəhbəri postuna yiyələndi.

Həmin seçkilərdə prezidentiyə namizədliyini irəli sürən daha bir nəfər var idi. 90-cı illərdə Azərbaycan siyasətinin önəmli firqurlarından biri, çıxışları, fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan Zərdüşt Əlizadə…

1988-1989 illərdə Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan, 1989-1990-cı illərdə Azərbaycan Sosial-Demokrat Partiyasını quran Zərdüşt Əlizadə də prezidentlik postu üçün namizədliyini irəli sürmüşdü, ancaq sonradan bu istəyini geri götürdü.

Maraqlıdır, Zərdüşt Əlizadə ilk dəfə keçirilən president seçkilərində belə az rəqib sayı ilə prezident olmaq istəyindən niyə imtina etdi? Ümumiyyətlə, o zamanlar bu vəzifənin icraçısı olmaq üçün  müraciət edənlərin yoxluğuna səbəb nə idi?


Hazırda politoloq kimi fəaliyyət göstərən  Zərdüşt Əlizadə bu səbəblər barədə  Modern.az-a  danışıb.


O bildirib ki, Ayaz Mütəllibov ədalətli və bərabər  rəqabət üçün heç bir şərait yaratmamışdı:

“Mənim əmək kollektivləri ilə görüşməyim də daxil olmaqla, mənasız qadağalar qoyulmuşdu.  Prezidentliyə namizəd kimi istifadə etdiyim tək imkan yarım saatlıq açıq çıxışlarım idi. Sentyabrın 8-i seçki keçirildi, plakatlarımı  isə sentyabrın 11-i mənə verdilər. Lakin hər yerdə Ayaz Mütəllibovun böyük plakatları var idi.  Mən də verilən plakatları böldüm və partiyamız bütün qaralama işlərini həmin plakatların, kağızların üzərində aparırdı”.


Zərdüşt Əlizadə əslində  prezident olmaq istəmədiyini, sadəcə, partiyasının məramlarını xalqa çatdırmaq arzusunda olduğu üçün namizədləyini vermək qərarına gəldiyini deyir.

“Məqsədim prezident olmaq deyildi. Sadəcə təmsil etdiyim Azərbaycan Sosial Demokrat Partiyasının tapşırığını yerinə yetirməli, baxışlarını əhaliyə çatdırmalı idim.  
O vaxt mən və Ayaz Mütəllibovdan başqa namizədliyini verənlərin olmamasının da  səbəbləri var idi. Belə ki, Xalq Cəbhəsi 20 Yanvar hadisəsindən sonra tamamilə dağılmış vəziyyətdə idi. Ona görə də həmin təşkilatın Ayaz Mütəllibovla  rəqabət apara biləcək, sözünü deyəcək adamları yox idi.  Əbülfəz Elçibəy var idi, o da ancaq saxtakarlıqla keçirilmiş seçkilərdə iştirak edə bilərdi.    
Namizədlik üçün sözünü deyə biləcək konkret adam demək olar ki, yox idi”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05