Arxiv
9 Sentyabr 2019, 16:41 | AKTUAL
“Bəzi deputat həmkarlarım siyasətçiyə yaraşmayan fikirlər səsləndirir” - Çingiz Qənizadə

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə həmkarı Eldar İbrahimovun mətbuatda yer alan “müxalifət nümayəndələrinin bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu” fikirinə münasibət bildirib.

 

 Modern.az xəbər verir ki, Çingiz Qənizadə Unikal.org-a açıqlamasında deyib: 

“Əvvala, Eldar müəllimin özünün tərəfinin hara olduğunu başa düşə bilmirəm. Əgər hər hansı bir şəxs cənab prezidentin mövqeyini, siyasətini dəstəkləyirsə və belə olan halda kimsə olanları xəyanətkar adlandırırsa, bu siyasətçiyə yaraşmayan bir şeydir.  Mən təkcə Eldar müəllimin yox, son vaxtlar bəzi deputat həmkarlarımı siyasətçiyə yaraşmayan formada cəmiyyətə açıqlama vermələri və cəmiyyətdə mübahisəyə səbəb olan müəyyən fikirlərin ortaya atmalarını qətiyyətlə pisləyirəm.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova və Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədova təşəkkür edirəm ki, onlar “bu cür ifadə işlədən deputatlara” çox qısa, lakonik və prezidentin mövqeyini əks etdirən fikirlərini bildirdilər. 

Hər ikisi çox sağ olsun. Yenə deyirəm bu cür açıqlamaların verilməsi düşünülməmiş, siyasətçiyə yaraşmayan bir fikirdir. Əli müəllimin dediyi kimi axı, cənab prezident də qeyd edib ki, “Mən bütün azərbaycanlıların prezidentiyəm.” Kim onu prezident görür və yanındadırsa, onun keçmişinə görə o adamları xəyanətkar adlandırmaq hesab edirəm ki, bu başa düşülən deyil. 
Mən başqa ifadə işlətmək istəmirəm. Sadəcə Bakıda deyiləm. İki gündür bunları oxuyub, fikirləşirəm ki. görəsən nə baş verir? Bu insanlar kimin sözünü demək istəyir? Əgər prezidentin komandasındadılarsa bu cənab prezidentin mövqeyi deyil”. 

Ç.Qənizadə Eldar İbrahimovun mətbuatda son açıqlamasına da etiraz edib:

“Eldar İbrahimovun “Fikirlərim düzgün başa düşülməyib, “düşmən” fikrimi indiki deputatlara aid etməmişəm. Parlamentdə təmsil olunan patiyaların nümayəndələri iqtidarın deputatları kimi mənə əzizdir” –ifadəsi özü belə yanlışdır. Onun son açıqlamasının özü belə, əvvəlki fikirlərində qaldığı hiss olunur. Açıqlamasında nə demək istəməsi isə tam başa düşülən deyil. O, son açıqlamasını Əli Əhmədov və Əli Həsənovdan qabaq versəydi bəlkə də başa düşülən olardı”.

Qeyd edək ki, E.İbrahimovun “Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək” fikri də müzakirələrə səbəb olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ"ın qrupunda gözlənilməz nəticə 20 Sentyabr 2019, 00:44 Vilayət Eyvazov İdarə rəisini təqaüdə göndərdi 20 Sentyabr 2019, 00:27 Bakıda qadın qonşusu tərəfindən döyülüb 20 Sentyabr 2019, 00:14 25 yaşlı “Əsrin müqaviləsi” - Böyük dəyişikliyə uğurlu başlanğıc 20 Sentyabr 2019, 00:00 "Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq" - Qurban Qurbanov 19 Sentyabr 2019, 23:43 Azərbaycan nefti ucuzlaşıb 19 Sentyabr 2019, 23:30 Elmar Məmmədyarov Macar həmkarı ilə görüşdü 19 Sentyabr 2019, 23:13 “Qarabağ”  doğma meydanda məğlub oldu - 0:3 19 Sentyabr 2019, 22:49 Türkiyədən azərbaycanlılar kütləvi deport edilmir - RƏSMİ 19 Sentyabr 2019, 22:26 Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq 19 Sentyabr 2019, 21:57 “Maşın” şouda bu məşhurlar yarışacaq - FOTO 19 Sentyabr 2019, 21:42 İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB 19 Sentyabr 2019, 21:32 "Çox mənəvi üzüntü yaşayıram" - Fuad Qəhrəmanlı 19 Sentyabr 2019, 21:15 Ayağı kəsilən Xalq artistinin arzusu ... 19 Sentyabr 2019, 21:04 Daha bir KİVDF yaradıldı - RƏSMİ 19 Sentyabr 2019, 20:52 Kərim Kərimova Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 19 Sentyabr 2019, 20:41 Neft sənayesi işçiləri təltif edildi - SİYAHI 19 Sentyabr 2019, 20:29 “Mənə hakimiyyətdən təzyiq olmayıb” - Fuad Qəhrəmanlının qızı danışdı - VİDEO 19 Sentyabr 2019, 20:13 "Qarabağ" "Sevilya"ya qarşı bu heyətlə oynayacaq 19 Sentyabr 2019, 20:02 BDU-da qurultay keçirildi 19 Sentyabr 2019, 19:26 Rövşən Rzayev almaniyalı diplomatlarla görüşüb 19 Sentyabr 2019, 19:03 Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır” 19 Sentyabr 2019, 18:51 Xırdalanda 4 yük avtomobili yanıb   19 Sentyabr 2019, 18:47 “Qafqaz neoliti” filmi təqdim olundu 19 Sentyabr 2019, 18:31 “Əsrin müqaviləsi” Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı 19 Sentyabr 2019, 18:28 Binəqədidə avtomobil qaz xəttinə çırpıldı -  Qaz kəsildi 19 Sentyabr 2019, 18:17 Gürcüstan azərbaycanlıları baş nazirdən universitet yaradılmasını tələb edir 19 Sentyabr 2019, 17:53 Nazirlik rəsmi qeydiyyata alınan işsizlərin sayını açıqladı 19 Sentyabr 2019, 17:50 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb 19 Sentyabr 2019, 17:47 Aparıcıdan “Qarabağ”a dəstək - VİDEO 19 Sentyabr 2019, 17:41 FHN 168 binanın istismarına müsbət rəy verdi 19 Sentyabr 2019, 17:35 “Atəşgah Sığorta”ya məxsus maşın qəzaya düşdü - İki nəfər ölüb 19 Sentyabr 2019, 17:11 Manatın məzənnəsində dəyişiklik? 19 Sentyabr 2019, 17:11 Müsavatda başqanlığa QADIN namizəd 19 Sentyabr 2019, 17:04 Kənd Təsərrüfatı Nazirliyindən İsmayıllıda zəhərlənənlər barədə AÇIQLAMA: Günvurmaya oxşayır 19 Sentyabr 2019, 16:45