Modern.az

Azərbaycan və Xorvatiya milli komandalarının start heyətləri AÇIQLANDI

Azərbaycan və Xorvatiya milli komandalarının start heyətləri AÇIQLANDI

9 Sentyabr 2019, 18:36

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya oyununun heyətləri açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, bu gün üz-üzə gələcək komandalar matçda iştirak edəcək futbolçuları müəyyənləşdiriblər. 

 

Məşqçilər korpusu ilk “11-lik”lərini və ehtiyatda qalacaq futbolçuları oyunun protokoluna daxil ediblər. Bu futbolçular Bakıdakı “Bakcell Arena” stadionundakı qarşılaşmada şans qazanacaq.

 

Xorvatiya ilə matç millimizin baş məşqçi Nikola Yurçeviçin yetirmələrinin seçmə mərhələdə 5-ci oyunu olacaq. Bunadək komandamız səfərdə Xorvatiya və Uelsə eyni – 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzub.

 

Xorvatiyalı mütəxəssislər – N.Yurçeviç və onun həmyerlisi Zlatko Daliç E qrupunun VI turunun saat 20:00-da başlayacaq qarşılaşmasında heyətə aşağıdakı futbolçuları daxil ediblər.

 

AVRO-2020-nin seçmə mərhələsi

 

E qrupu, VI tur

 

9 sentyabr

 

22:45. Azərbaycan – Xorvatiya

 

Baş hakim: Sandro Şarer (İsveçrə)

 

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil

Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov

 

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç


Bakı. “Bakcell Arena” stadionu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?