Arxiv
9 Sentyabr 2019, 18:45 | AKTUAL
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək  

 

Sentyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi “Oriyentasiya günü” keçiriləcək.

 

Universitetdən Modern.az-a verilən məlumatda bildirilib ki, dünya universitetlərində də hər il ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə geniş məlumat vermək, əyləncəli, pozitiv gün yaşatmaqdır.

 

UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunacaq Oriyentasiya günündə tyutorlar və müəllim mentorlar yeni qəbul olan tələbələrə məlumatlar verəcək, tələbə könüllülər isə universitetdaxili gəzintilərdə onlara bələdçilik edəcəklər.

 

Tələbə təşkilatlarının stendlərində fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat veriləcək. Bu il ilk dəfə olaraq UNEC Startap və Encastus stendləri də tələbələrə tanıtımlar həyata keçirəcək. UNEC Startapçılarının stendlərində həm ideyaların nümayişi keçiriləcək, həm də komandaya yeni üzvlərin cəlbi təşkil olunacaq. UNEC-in Enactus komandası stenddə beynəlxalq yarış haqqında məlumatlar verəcək, bu günədək keçirilən layihələri nümayiş etdirəcək, o cümlədən bu il keçiriləcək yarışda iştirak etmək istəyənləri komanda üzvlüyünə qəbul edəcəkdir.

 

UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün karyera quruculuğu istiqamətində məsləhətlər təşkil edəcək, mərkəzin fəaliyyətindən bəhs edəcəkdir. Əlavə olaraq, bu il ilk dəfə olaraq,  yeni qəbul tələbələr üçün Karyera Planlama Testi təşkil olunacaq.

 

Tədbir günü UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqilər ifa ediləcək, əyləncəli və intellektual oyunlar, həmçinin stolüstü tennis, voleybol, badminton, rəsm sərgisi və digər pozitiv fəaliyyətlər nümayiş etdiriləcək.

 

Oriyentasiya günü 13 sentyabr saat 10:00-15:00-dək UNEC-in bütün tədris binalarında təşkil olunacaq. Universitetə yeni qəbul olan tələbələrlə yanaşı, onların valideynləri və digər qonaqlar da tədbirə dəvətlidir.

 

Oriyentasiya günü fakültələr üzrə aşağıdakı tədris binalarında təşkil olunacaq:

 

Beynəlxalq İqtisadiyyat Məktəbi, Maliyyə və mühasibat fakültəsi - I tədris binası (İstiqlaliyyət küçəsi, 6);

 

İqtisadiyyatTexnologiya və dizayn, Ekspertiza və standartlaşdırma fakültələri, Rus İqtisad Məktəbi - II tədris binası (Həsən Əliyev küçəsi, 135);

 

Biznes və menecmentTürk Dünyası İqtisad  fakültələri - IV tədris binası (Abbas Səhhət küçəsi, 45 A).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ"ın qrupunda gözlənilməz nəticə 20 Sentyabr 2019, 00:44 Vilayət Eyvazov İdarə rəisini təqaüdə göndərdi 20 Sentyabr 2019, 00:27 Bakıda qadın qonşusu tərəfindən döyülüb 20 Sentyabr 2019, 00:14 25 yaşlı “Əsrin müqaviləsi” - Böyük dəyişikliyə uğurlu başlanğıc 20 Sentyabr 2019, 00:00 "Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq" - Qurban Qurbanov 19 Sentyabr 2019, 23:43 Azərbaycan nefti ucuzlaşıb 19 Sentyabr 2019, 23:30 Elmar Məmmədyarov Macar həmkarı ilə görüşdü 19 Sentyabr 2019, 23:13 “Qarabağ”  doğma meydanda məğlub oldu - 0:3 19 Sentyabr 2019, 22:49 Türkiyədən azərbaycanlılar kütləvi deport edilmir - RƏSMİ 19 Sentyabr 2019, 22:26 Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq 19 Sentyabr 2019, 21:57 “Maşın” şouda bu məşhurlar yarışacaq - FOTO 19 Sentyabr 2019, 21:42 İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB 19 Sentyabr 2019, 21:32 "Çox mənəvi üzüntü yaşayıram" - Fuad Qəhrəmanlı 19 Sentyabr 2019, 21:15 Ayağı kəsilən Xalq artistinin arzusu ... 19 Sentyabr 2019, 21:04 Daha bir KİVDF yaradıldı - RƏSMİ 19 Sentyabr 2019, 20:52 Kərim Kərimova Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 19 Sentyabr 2019, 20:41 Neft sənayesi işçiləri təltif edildi - SİYAHI 19 Sentyabr 2019, 20:29 “Mənə hakimiyyətdən təzyiq olmayıb” - Fuad Qəhrəmanlının qızı danışdı - VİDEO 19 Sentyabr 2019, 20:13 "Qarabağ" "Sevilya"ya qarşı bu heyətlə oynayacaq 19 Sentyabr 2019, 20:02 BDU-da qurultay keçirildi 19 Sentyabr 2019, 19:26 Rövşən Rzayev almaniyalı diplomatlarla görüşüb 19 Sentyabr 2019, 19:03 Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır” 19 Sentyabr 2019, 18:51 Xırdalanda 4 yük avtomobili yanıb   19 Sentyabr 2019, 18:47 “Qafqaz neoliti” filmi təqdim olundu 19 Sentyabr 2019, 18:31 “Əsrin müqaviləsi” Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı 19 Sentyabr 2019, 18:28 Binəqədidə avtomobil qaz xəttinə çırpıldı -  Qaz kəsildi 19 Sentyabr 2019, 18:17 Gürcüstan azərbaycanlıları baş nazirdən universitet yaradılmasını tələb edir 19 Sentyabr 2019, 17:53 Nazirlik rəsmi qeydiyyata alınan işsizlərin sayını açıqladı 19 Sentyabr 2019, 17:50 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb 19 Sentyabr 2019, 17:47 Aparıcıdan “Qarabağ”a dəstək - VİDEO 19 Sentyabr 2019, 17:41 FHN 168 binanın istismarına müsbət rəy verdi 19 Sentyabr 2019, 17:35 “Atəşgah Sığorta”ya məxsus maşın qəzaya düşdü - İki nəfər ölüb 19 Sentyabr 2019, 17:11 Manatın məzənnəsində dəyişiklik? 19 Sentyabr 2019, 17:11 Müsavatda başqanlığa QADIN namizəd 19 Sentyabr 2019, 17:04 Kənd Təsərrüfatı Nazirliyindən İsmayıllıda zəhərlənənlər barədə AÇIQLAMA: Günvurmaya oxşayır 19 Sentyabr 2019, 16:45