Modern.az

Azərbaycan dünya ikincisindən xal aldı 

Azərbaycan dünya ikincisindən xal aldı 

9 Sentyabr 2019, 21:55

Azərbaycan Xorvatiya oyunu yekunlaşdı.

Modern.az xəbər verir ki, oyun 1:1 hesabı ilə yekunlaşıb. Bununla da Azərbaycan qrupda ilk xalını qazanıb.

 

Qeyd edək ki, komandamız indiyədək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5, üç gün öncə isə Kardiffdə Uelsə 1:2 hesabı ilə uduzub.

 

* * *

 

Azərbaycan Xorvatiya oyununda hesab bərabərləşdi.

Oyunun 72-ci dəqiqəsində Təmkin Xəlilzadə baxımlı qolla hesabı bərabərləşdirib - 1:1.

 

* * *

 

Azərbaycan Xorvatiya oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, oyunun 11-ci dəqiqəsində Azərbaycan komandasının qapısına penalti təyin edilib. Luka Modriç penaltidən hesabı açıb: 0:1

 

* * *

 

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində  Azərbaycan – Xorvatiya matçı başlayıb.

Modern.az xəbər verir ki, "Bakcell Arena"da  keçirilən qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edir.


Baş hakim Sandro Scharer, köməkçiləri Stephane De Almeida, Alain Heiniger və Fedayi Sandır.

Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub. Saat 22:45-də isə E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.

Azərbaycan – Xorvatiya qarşılaşmasını bu linkdən izləyə bilərsiniz:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?