Modern.az

Bakıda İndoneziyanın müstəqilliyinin 74-cü ildönümü qeyd edilir

Bakıda İndoneziyanın müstəqilliyinin 74-cü ildönümü qeyd edilir

Aktual

9 Sentyabr 2019, 20:12

Bakıda İndoneziyanın müstəqilliyinin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani bu il Azərbaycan və İndoneziya arasında diplomatik əlaqələrin 27-ci ilinin tamam olmasına diqqət çəkib. O bildirib ki, qarşılıqlı səfərlər iqtisadi, mədəni münasibətləri daha da gücləndirir. Səfir iki ölkənin parlamentləri arasında yaxın əlaqələri xüsusilə vurğulayıb.

Səfir sentyabrın 13-də Bakıda başlayacaq İndoneziya mədəniyyət festivalından danışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir