Modern.az

Sabah paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bu ərazilərində qaz olmayacaq

9 Sentyabr 2019, 22:12

Zığ şosesində, “Zığ” marketin yaxınlığında diametri 530 millimetr olan yüksək təzyiqli yeraltı qaz kəmərində qaz sızması aşkarlanıb.

“Azəriqaz” İstehsalat Birliyindən  Modern.az-a verilən məlumata görə,  bu sızmanın ləğvi məqsədilə saat 23:00-dan Suraxanı rayonunun Zığ kəndi və Xətai rayonunun Naximov, İnqilab İsmayılov, Mehmandarov və digər bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qazın verilişinin bərpası sentyabrın 10-da 11:00 radələrinə planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər