Arxiv
10 Sentyabr 2019, 10:39 | AKTUAL
UNEC-də distant Çin dili kurslarına start verilir

Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC Ekstern Mərkəzi Çin dilini öyrənmək istəyənlər üçün distant dərslərə başlayır.

Dərslər Heydər Əliyev Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə təşkil olunacaq.

Peşəkar müəllimlər tərəfindən keçiriləcək dərslər Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulub. Dərslər 1.5 saat olmaqla həftədə
3 dəfə keçiriləcək.

 

Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan Elementar səviyyəni bitirənlər təxminən 2000 sözə, 800 heroqlifə, 30-a yaxın qrammatik xüsusiyyətə və Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq. Elementar səviyyəni müvəffəqiyyətlə bitirənlər Çin dilində sadə fikir mübadiləsi aparmaq bacarığına malik olacaq.

Sənəd qəbulu elektron qaydada http://www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə həyata keçirilir. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda proqramda iştirak etmək hüququnu qazanırlar.

 

Proqram 23.09.2019-cu il tarixindən başlayaraq 3 ay müddətinə təşkil olunacaq. Təlimlər işdən ayrılmadan distant formada təşkil ediləcək və ödənişlidir (ayı 60manat). Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar Heydər Əliyev Fondu, UNEC və Konfutsi İnstitunun birgə sertifikatı ilə təmin olunacaqlar.

Əhalinin sosial cəhətdən Həssas əhali qruplarından olan şəxsləri Heydər Əliyev Fondu tərəfindən maliyyələşəcək.

İlk qrupa sənədlərin qəbulu sentyabrın 9-dan 16-dək aparılacaq.
Digər qruplara sənəd qəbulu isə sentyabrın 16-dan oktyabr ayının 14-dək davam edəcək.

Qeyd edək ki, Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı əldə edirlər.

 

Sertifikat proqramında iştirak etmək istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin surəti (olduğu halda);
- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.
Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 209
Tel.: (012) 492-68-19
Email: [email protected]

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neftdən asılılığı aradan qaldıra bilmirik 16 Sentyabr 2019, 12:39 Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir   16 Sentyabr 2019, 12:36 Payızda bu xəstəliklərə qarşı diqqətli olun! 16 Sentyabr 2019, 12:28 Milli Şura mitinq üçün Bakı Meriyasından yer İSTƏDİ 16 Sentyabr 2019, 12:24 Ən qəddar” idman növü ABŞ-da kütlələrin düşüncə tərzini necə dəyişdi? -  Heydər Əliyevin tərcüməçisi YAZDI 16 Sentyabr 2019, 12:23 Fişənglər göy  əvəzinə yerdə partladı... 20 yaralı var! 16 Sentyabr 2019, 12:18 Deputat: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb 16 Sentyabr 2019, 12:12 Azərbaycanda əhali sayı da artıb, boşanmalar da… - Rəsmi STATİSTİKA 16 Sentyabr 2019, 12:08 Azərbaycanda 10-dək müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılır 16 Sentyabr 2019, 11:39 Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi 16 Sentyabr 2019, 11:35 Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi 16 Sentyabr 2019, 11:31 Arif Əliyevin yeni saytında onlar işləyəcək - Baş redaktordan AÇIQLAMA 16 Sentyabr 2019, 11:28 Məhərrəm Quliyev müəllim və şagirdləri təbrik etdi 16 Sentyabr 2019, 11:25 Neftin qiyməti 100 dollara qədər arta bilər - SƏBƏB 16 Sentyabr 2019, 11:16 Teleradio Akademiyası müsabiqə elan edib 16 Sentyabr 2019, 11:10 Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDA 16 Sentyabr 2019, 10:47 Akademiklər Şəkidə iclas keçirdilər 16 Sentyabr 2019, 10:43 Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü 16 Sentyabr 2019, 10:16 Bu gün 4 rayonda qaz kəsiləcək 16 Sentyabr 2019, 09:55 Bu jurnalistlər övladlarını 1-ci sinfə APARDILAR 16 Sentyabr 2019, 09:35 Ermənilər kəndlərimizi atəşə tutdu 16 Sentyabr 2019, 09:28 Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan götürülübsə... – İqtisadçı ŞƏRHİ 16 Sentyabr 2019, 09:24 Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR... 16 Sentyabr 2019, 08:57 Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27 “Qarabağ” “Neftçi”yə şans vermədi 15 Sentyabr 2019, 23:05