Arxiv
10 Sentyabr 2019, 10:45 | AKTUAL
İmam Hüseynə də bu səbəbdən nifrət edirlər...

Elçin Alıoğlu


Bu gün Aşuradır.

Mənimçün fərqli gündü. Ki, tarixə şəhidliyin, qəhrəmanlığın, cəsarətin timsallarından olan Hüseyn qanı ilə, canı ilə, əqidəsi və şərəfi ilə möhürünü vurub bu gün.

Aşuranı bəyənməyə bilərlər, İmam Hüseynə lağ edə bilər, dinə, inama, inanana, Allaha və müsəlmana şəbədə qoşa bilərlər. Qoşsunlar, etsinlər.

Amma heç nə də alınan deyil.

Çünki...

Azərbaycanda bəlli kəsim var ki, canqı çocdan cəhənnəmə vasil olmuş modernizmin poçtla gələn "qara kağız"ı olan postmodernizm mərəzinə tutulublar, asqırırlar ateizmdən tutmuş nihilizmədək hər vəbalı.

Əxbar da o ki, həmin vəbalılar özlərini müdrik, ağıllı, dərrakəli, uzaqgörən bilirlər.

Ateist deyiblər və Aşuraya, bu günü özünə qəsəm sayanlara lağ edirlər.

Onların davası inanca deyil - özləri demişkən, müsəlmanın Allahı ilədi.

Xristianın xaçlı, yəhudinin maqendavidli, buddistin sansaralı tanrısı ilə işləri yox.

Miskin davadı bu, inanın.

İmam Hüseynə də bu səbəbdən nifrət edirlər - onun kim olduğunu, nə etdiyini dərk etmədikləri üçün.

"Hakimiyyət, siyasət davasıdır da", "ərəbdən bizə nə..." və ilaxır.

Tarixdə bir qəhrəman göstərin ki, hakimiyyət davası etməyib və ya hakimiyyət üçün dava etməyib.

Hakimiyyət xalqdı, insandı, dövlətdi, torpaqdı.

Babəkin davası nə idi? Məzdəkin, Hürrün, Cavidanın, Cavanşirin, Fətəli xanın, Cavad xanın, Uilyam Uollasın, Şarl de Qollun, Napoleonun, İsgəndərin, Çingizxanın, Teymurləngin, Nəsiminin, Rəsulzadənin, Şah İsmayılın... Daha kimlərin.

Hamısının davası ya siyasət, ya hakimiyyət, ya əqidə, ya məfkurə, ya da mənsub olduğu qövmün davası.

Çalışdığı, oxuduğu, yaşadığı yerdə rüşvətxora, zalıma, tərbiyəsizə, müştəbehə başını qaldırıb söz deyə bilməyən, "nə edim, balalarım var, ailəm var" deyən zavallı ailəsini, körpələrini, gələcəyini, özünü əqidəsinə, həqqə, haqqa görə qılınc qabağına verən və ölümü də qorxudub ölümsüzləşən adama lağ edirlər.

Sosial şəbəkələrdə yaşayanlar, telefonu bağlayandan sonra gözüqıpıqlığı yaşam tərzi edənlər insanların insan kimi yaşaması üçün qanını halal edənə ağız büzürlər.

Gözünün qarşısında, şəhərin mərkəzində qadınları seçimləyən ərəbin şorgöz və erkək ulaq baxışlarını görsə də, susan, daş kimi laqeyd olanlar burada sinələrinə vurub ərəb bəyənmirlər.

Və o ayrı ki, hansısa milləti bəyənməmək absurddu, idiotizmdi.

Almanın ağlına da gəlməz desin ki, yəhudi İsanın dinindən mənə nə.

İngilis və yainki fransız əsla deməz ki, Müqəddəs Pavel hakimiyyət savaşı aparıb, mənə nə.

Amma burada Quran, İslam, imam Hüseyn barədə deyirlər.

Niyə, bilirsinizmi?

Çünki aşağılıq, kiçiklik, natamamlıq kompleksidi.

İmam Hüseyn fransız Benedikt və ya ingilis Georgi olsaydı, müqəddəsləşərdi belələrinin gözlərində.

Necə ki, "Müqəddəs Patrik bayramı"nda Bakıda pivəxanalarda qıcqırdılmış arpa suyu içməklə avropalı sayılır bir parası özünü.

Pivə içmək, ateitstlik müasirlik və inkişaf olsaydı, it-pişik sümükləriylə bəxt açmağa çalışan insanların çox olduğu Nigeriya indi dünyaya meydan oxuyardı.

Pivə içənlərin sayı bizimlə müqayisədə dəfələrlə üstün olan Liberiya indi Marsa siçan yollardı.

Ateizm inanca lağlağı etmək deyil.

Ateizm bisavadlıq deyil.

Və ateizm özünü hamıdan ağıllı saymaq heç deyil.

Qərb fəlsəfəsinin 19-cu əsrdə dediyini indi-indi dilimizə tərcümə olunduğu vaxtda həmin ləhcəli, kəlləmayallaq tərcümələri oxuyub "Axxx, Yevropa!" imrənənlərə onların Zevsi yardım etsin.

Ambulator, ya stansionar - fərq etməz.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabah 31 dərəcə isti olacaq - HAVA PROQNOZU 16 Sentyabr 2019, 12:54 2020-ci ilin büdcə layihəsi: Nə, necə dəyişir? 16 Sentyabr 2019, 12:50 Neftdən asılılığı aradan qaldıra bilmirik 16 Sentyabr 2019, 12:39 Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir   16 Sentyabr 2019, 12:36 5 avroya təyyarə bileti satılır! ƏN UCUZ AVİAŞİRKƏTLƏR 16 Sentyabr 2019, 12:36 Payızda bu xəstəliklərə qarşı diqqətli olun! 16 Sentyabr 2019, 12:28 Milli Şura mitinq üçün Bakı Meriyasından yer İSTƏDİ 16 Sentyabr 2019, 12:24 Ən qəddar” idman növü ABŞ-da kütlələrin düşüncə tərzini necə dəyişdi? -  Heydər Əliyevin tərcüməçisi YAZDI 16 Sentyabr 2019, 12:23 Fişənglər göy  əvəzinə yerdə partladı... 20 yaralı var! 16 Sentyabr 2019, 12:18 Deputat: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb 16 Sentyabr 2019, 12:12 Azərbaycanda əhali sayı da artıb, boşanmalar da… - Rəsmi STATİSTİKA 16 Sentyabr 2019, 12:08 Azərbaycanda 10-dək müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılır 16 Sentyabr 2019, 11:39 Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi 16 Sentyabr 2019, 11:35 Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi 16 Sentyabr 2019, 11:31 Arif Əliyevin yeni saytında onlar işləyəcək - Baş redaktordan AÇIQLAMA 16 Sentyabr 2019, 11:28 Məhərrəm Quliyev müəllim və şagirdləri təbrik etdi 16 Sentyabr 2019, 11:25 Neftin qiyməti 100 dollara qədər arta bilər - SƏBƏB 16 Sentyabr 2019, 11:16 Teleradio Akademiyası müsabiqə elan edib 16 Sentyabr 2019, 11:10 Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDA 16 Sentyabr 2019, 10:47 Akademiklər Şəkidə iclas keçirdilər 16 Sentyabr 2019, 10:43 Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü 16 Sentyabr 2019, 10:16 Bu gün 4 rayonda qaz kəsiləcək 16 Sentyabr 2019, 09:55 Bu jurnalistlər övladlarını 1-ci sinfə APARDILAR 16 Sentyabr 2019, 09:35 Ermənilər kəndlərimizi atəşə tutdu 16 Sentyabr 2019, 09:28 Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan götürülübsə... – İqtisadçı ŞƏRHİ 16 Sentyabr 2019, 09:24 Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR... 16 Sentyabr 2019, 08:57 Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13