Modern.az

Sami Yusuf Nəsimi kompozisiyası hazırlaVİDEO

Sami Yusuf “Nəsimi” kompozisiyası hazırladı - VİDEO

Mədəni̇yyət

10 Sentyabr 2019, 11:07

Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusuf dahi şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında  kompozisiya hazırlayıb.

Modern.az xəbər verir ki, yeddi dəqiqəlik kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gəlib.

Sami Yusufun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası Nəsiminin 650 illik yubileyinə töhfə olaraq hazırlanıb.


Sami Yusufun xor kollektivinin müşayiəti ilə ifa etdiyi kompozisuyada muğam hissələrini əməkdar artist Təyyar Bayramov və Samirə Əliyeva səsləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar