Arxiv
10 Sentyabr 2019, 13:02 | AKTUAL
Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə hədəfə almaq düz deyil

“Hansısa əlamətlərə görə, cəmiyyətdə insanları fərqləndirmək doğru deyil, zərərlidir. Çünki cəmiyyət o zaman güclü olur ki, orda insanlar müxtəlif əlamətlərinə görə ayrılmır, tam əksinə ortaq dəyərlər tapılaraq onun ətrafında birləşdirilir. Xüsusən siyasi müstəvidə bunu  etmək nəticəsi proqnozlaşdırıla bilməyən hadisələrə gətirib çıxara bilər ki, bu da yolverilməzdlir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bəzi millət vəkillərinin son günlər müzakirə olunan açıqlamalarına münasibət bildirərəkən deyib.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanın müstəqillik tarixinin ilk illərində müxtəlif əlamətlərinə görə insanların fərqləndirildiyinin və nəticə etibarı ilə də Azərbaycan cəmiyyətinin, Azərbaycan siyasi sisteminin birliyinin, vahidliyinin pozulmasının şahidi olmuşuq. Hazırki mərhələdə  Azərbaycanı güclü edən məhz onun birliyidir:


«Ona görə də, düşünürəm ki, eyni siyasi komandada təmsil olunan, sonradan bu və ya digər səbəblərdən vəzifədən getmiş insanlar haqda, yaxud vaxtilə Azərbaycan cəmiyyətində müxtəlif fərqli siyasi dəyərləri mənimsəmiş, sonra isə ümumi konsolidasiya nəticəsində milli birlik, milli maraqlar ətrafında birləşmiş keçmiş siyasi partiya üzvlərini, onun rəhbərliyini nədəsə ittiham etmək, əvvəlki mövqeyinə görə onlara qarşı ayrı-seçkilik mövqeyində durmaq tamamilə yersizdir, doğru deyil. Çünki siyasi sistemin də gücü, milli gücün də ifadəsi məhz konstruktiv konsolidasiya nəticəsində mümkün olur ki, hazırda Azərbaycan belə bir yüksək həmrəylik mərhələsinə gəlib çata bilibdir. Bunu pozmağa yönəlmiş hər bir addım, deyilən hər bir fikir ümumi milli maraqlarımız kontekstində düzgün qəbul edilə bilməz və doğru deyil.

 
Bu günlərdə bəzi millət vəkillərinin adından səsləndirilən fikirlər də məhz bu kontekstdə dəyərləndiriləndə doğru hesab edilə bilməz. Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov da bu məsələ ilə bağlı haqlı olaraq öz mövqeyini bildirdi və bunun yolverilməz olduğunu dilə gətirdi. O bildirdi ki, hər bir insan bu gün hər hansı bir siyasi komandada vəzifədə təmsil oluna bilər, sabah həmin siyasi komandanın sıravi üzvü ola bilər. Onun vəzifəsinin dəyişməsi əqidəsinin dəyişməsi, milli maraqlardan kənarda durması kimi səciyyələndirilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu məsələlərə toxunaraq bu cür fikirlərin yanlış olduğunu dilə gətirdi. Mən düşünürəm ki, hər iki mövqe tamamilə doğrudur. Kimisə siyasi keçmişinə və sosial statusuna görə fərqləndirmək və hədəf göstərmək doğru deyil».

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 10-dək müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılır 16 Sentyabr 2019, 11:39 Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi 16 Sentyabr 2019, 11:35 Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi 16 Sentyabr 2019, 11:31 Arif Əliyevin yeni saytında onlar işləyəcək - Baş redaktordan AÇIQLAMA 16 Sentyabr 2019, 11:28 Məhərrəm Quliyev müəllim və şagirdləri təbrik etdi 16 Sentyabr 2019, 11:25 Neftin qiyməti 100 dollara qədər arta bilər - SƏBƏB 16 Sentyabr 2019, 11:16 Teleradio Akademiyası müsabiqə elan edib 16 Sentyabr 2019, 11:10 Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDA 16 Sentyabr 2019, 10:47 Akademiklər Şəkidə iclas keçirdilər 16 Sentyabr 2019, 10:43 Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü 16 Sentyabr 2019, 10:16 Bu gün 4 rayonda qaz kəsiləcək 16 Sentyabr 2019, 09:55 Bu jurnalistlər övladlarını 1-ci sinfə APARDILAR 16 Sentyabr 2019, 09:35 Ermənilər kəndlərimizi atəşə tutdu 16 Sentyabr 2019, 09:28 Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan götürülübsə... – İqtisadçı ŞƏRHİ 16 Sentyabr 2019, 09:24 Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR... 16 Sentyabr 2019, 08:57 Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27 “Qarabağ” “Neftçi”yə şans vermədi 15 Sentyabr 2019, 23:05 Əli Həsənov Nuru paşadan yazdı: “Bakısız qalmış Azərbaycan...” 15 Sentyabr 2019, 22:49 Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - FOTOLAR 15 Sentyabr 2019, 22:27 “Səbail” “Keşlə”ni məğlub etdi 15 Sentyabr 2019, 22:09 Tərtərdə gənc ananın 3 övladı dünyaya gəldi 15 Sentyabr 2019, 21:55 Suriya-Türkiyə sərhədində partlayış: 12 ölü 15 Sentyabr 2019, 21:34 Qatar 67 nəfərin olduğu avtobusa çırpıldı 15 Sentyabr 2019, 21:20 Bu ölkədə qadınlar da stadionda futbola baxa biləcəklər 15 Sentyabr 2019, 21:07 Türmə nəzarətçiləri nazirliyin Aparat rəhbərinin başına necə OYUN AÇIBLAR... 15 Sentyabr 2019, 20:58