Modern.az

Mübariz Qurbanlı Şağandakı məsciddə Azərbaycan şəhidlərinin plakatlarının sökülməsindən DANIŞDI

Mübariz Qurbanlı Şağandakı məsciddə Azərbaycan şəhidlərinin plakatlarının sökülməsindən DANIŞDI

10 Sentyabr 2019, 13:18

“Şəhidləri bir-biri ilə müqayisə etmək düzgün deyil. Şəhidlik ümumi addır və İslamda ayrılmırlar. Məscidlərdə Aşura günü Qarabağ şəhidləri və digər şəhidləri yad edilirsə, bu, tamamilə doğrudur və heç bir dinlə ziddiyyət təşkil etmir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

 

Komitə sədrinin sözlərinə görə,  Qafqaz Müsəlmanları İdarəsinin builki fətvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı xütbələrdə Qarabağ şəhidləri də yad edilsin.

 

“Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə, yanaşma doğru deyil".

 

Xatırladaq ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan və divara vurulan plakatları sökməyi əmr edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir