Modern.az

Gəncənin icra başçısı və deputatı Aşura günü qan verdi

Gəncənin icra başçısı və deputatı Aşura günü qan verdi

10 Sentyabr 2019, 15:25

Bu gün Məhərrəm ayının 10-cu – Aşura günüdür.

 

Hər il olduğu kimi, bu il də Aşura günündə Gəncənin “İmamzadə” ziyarətgahında ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilir.

Saat 09:00-dan başlayan qanvermə aksiyasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, ərazi ilk partiya təşkilatlarının sədrləri, gənc partiya fəalları və ictimaiyyət nümayəndələri qanvermə aksiyasında iştirak edirlər.

 

Humanist xarakterli aksiyada toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyası günün sonuna kimi davam edəcək.

Qeyd edək ki, Aşura günü ilə bağlı sentyabrın 6-da Yeni Azərbaycan Partiyası və partiyanın Gənclər Birliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Partiyanın çoxsaylı üzvləri qanvermə aksiyasında fəallıq göstəriblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir