Modern.az

AzTV-nin 3 əməkdaşı qəzaya düşdü

AzTV-nin 3 əməkdaşı qəzaya düşdü

10 Sentyabr 2019, 22:16

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!