Modern.az

“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏT

“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏT

Qarabağ

12 Sentyabr 2019, 08:46

Qarabağın dağlıq hissəsindəki Ziyarət dağı (2478 m) və Sor dağı (1314 m) yaxınlığında yerləşən Cəbrayıl qəzasının yaşayış məntəqələrinin tarixi-təsərrüfat yerlərinin 1918-1920-ci illərdən sonrakı istifadəçiliyində  Şuşa qəzasının həmsərhəd (XVII-XVIII əsrlərdə Cənubi Azərbaycandan köçürülmüş hay ailələrinin məskunlaşdığı Dolanlar, Mülkədərə, Tağlar, Daşbaşı, Quşçular, Sor... kəndlərinin) məskənlərinin  hay kilsəsi başda olmaqla hay icmasının tələbləri davamlı olmuş və xislətlərinə uyğun olaraq  mənfur niyyətlərinə mərhələ-mərhələ planlı  şəkildə çata bilmişlər. Təbii ki, qarı düşmənlərimiz tərəfindən həyata keçirilən bu cür ictimai-siyasi istiqamət Azərbaycan dövlətinin və xalqının milli-dövlətçiliyinə  yarasısağalmaz zərbələr  vurmaqda hələ də davam edir. Bu baxımdan bölgənin bu hissəsində əvvəllər Cəbrayıl nahiyəsinin Yuxarı Məzrə, Sirik, Minbaşı, Şıxlar, Hovuslu, Tatar, Qaracallı, Doşu, Süleymanlı, Balyand, Xələfli, Məlikli... kəndlərinə aid olan tarixi-maddi abidələr, qiymətli kənd təsərrüfatı torpaqları, tükənməz təbii sərvətlər 1920-1990-cı illər ərzində əski Şuşa qəzasının qonşu Xocavənd nahiyəsinin bir çox kəndləri (Dolanlar, Ağcakənd, Zamzur, Quşçular...) tərəfindən mərhələ-mərhələ və hektarlarla  zəbt edilərək  “erməniləşdirilib” və adları da dəyişdirilib.


Bir cəhəti də qeyd etmək lazımdır ki, uzun müddət ərzində  hay kilsə və hay-daşnak qüvvələri tərəfindən dinc yolla ələ keçirilən bu ərazilər 1918-1920-ci illərdə Azərbaycan dövlətçiliyinin  səhifələrinə aid olan yerlər kimi (səngər yerləri, tarixi məskunlaşma əraziləri, qədim şəhər-qala  ocaqları, tarixi müdafiə nişanələri, zəngin təbii sərvətlər məskəni...) qiymətli tarixi əhəmiyyət kəsb edir.

   
Bu baxımdan haylar yaşayan Dolanlar kəndi ilə Şıxlar kəndi arasında “Qala yeri” dərəsi tarixi-maddi abidə ocağı, arxeoloji-tədqiqat məskəni kimi qiymətli olsa da, həm də 1918-1920-ci illərdə birləşmiş düşmən qüvvələrinə qarşı açıq səngər yeri kimi tarixi irs əhəmiyyəti daşıyır. Şıxlar kəndinin qərbində, 500 m aralı olan bu yerdəki qanlı hadisələri unutmayan haylar heç vaxt oradan  keçmirdilər  ki, bura düşmən yeridir (yəni, onlar üçün müqəddəs sayılacaq yer - hay quldurlarının qanı tökülən bir  yer).

    
Şıxlar kəndinin şimalındakı “Tey düzü” adlı taxıl əkini  yeri də (100 hektara qədər) 1935-1936-cı llərdə həmin Dolanlar kəndinə verildi ki, orada yaradılan  birgə təsərrüfatın (kolxozun) ərazisi  geniş olsun.

   
1924-1925-ci illərdə Cəbrayıl qəzasının Doşulu və Şuşa qəzasının Quşçular kəndləri arasında torpaq-sərhəd işi ilə bağlı mərz nişanlarının basdırılması və sərhədlərinin müəyyən edilməsi aparılırdı, Bakı şəhərindən, Torpaq Komissarlığından gəlmiş yerquruluşçusu-mühəndisin və yerli tərəflərin iştirakı ilə. Haylar bu məsələnin  həllini qəsdən ertə ikən, gündüz uzada-uzada axşama salırlar, nümayəndəni isə gecə kəndlərində qonaq saxlayırlar, “qədim erməni adətinə uyğun olaraq”. Bunula da, səhərisi gün torpaq-sərhəd  məsələsi həll edilərkən və müvafiq yerquruluşu xəritəsi işlənilərkən  Doşulu  kəndinin min hektara qədər ərazisi Quşçular kəndinə aid edilərək rəsmiləşdirilib. Nəticədə, Doşulu kəndinin camaatı kəndə bitişik qəbirstanlıqdan o tərəfə keçə bilməyib.

  
1980-ci ildə Cəbrayıl rayonunun Süleymanlı, Qışlaq, Doşulu, Balyand və Qaracallı kəndlərini əhatə edən C.Cabbarlı adına üzümçülük sovxozunun min hektara qədər əkin (üzüm, taxıl)  yeri olub.

 
(Yazının hazırlanmasında həm də Cəbrayıl rayonunun  Şıxlar kənd sakinləri Hüseyn Ağakişi oğlu Rüstəmovun (1958), Xansuvar Məhəmməd oğlu Quliyevin (1964) və  Qaracallı kənd saknin  İxtiyar Bəhlul  oğlu  Həmzəyevin (1954) məlumatlarından istifadə edilib)


Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi (0503726008)  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir