Arxiv
12 Sentyabr 2019, 12:09 | AKTUAL
Müflis olmuş banklardakı əmanətlər qaytarılacaq

 “Əmanətlərin Sığortlanması Fondu (ƏSF) Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, ləğv prosesində olan müflis banklarda 17000 manatadək qorunmayan (sığortalanmamış) əmanəti olan fiziki şəxslərin pulunun ilk növbədə qaytarılmasına icazə verilməsi üçün müraciət edib”.

Modern.az-ın məlumatına görə, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.


Ə.Həsənov deyib ki, ödəmə Fondun hesbaına həyata keçiriləcək:


“Məlum oduğu kimi, Fond həmin bankların birinci növbəli kreditorudur: yəni sığortalanmış əmanətlərin kompensasiyasına xərcədiyi pulu sözügedən bankların əmlakından ilk növbədə tutmaq (reqress qaydasında) hüququna malikdir. Beləliklə, hazırda ƏSF faktiki olaraq öz tələb hüququnu xırda əmanətçilərə (xüsusi vurğulayıram: qeyd edilən məbləğdən çox əmanəti olanlara aid deyil!) güzəşt edir. Məndə olan məlumata görə ən iri müflis bank olan “Bank Standard”da bu təxmini 16000 nəfərdir. Ayrılan məbləğ isə hardasa 6 mln. manatdır. Orta hesabla bir əmanətçiyə təxmini 375 manat düşür. Yəni reallıqda əksər xırda əmanətçilərin qalan pulu 17000 manatdan qat-qat azdır. Ən kiçik müflis banklardan biri olan “Atrabank”da isə sözügedən güzəştin əhatə dairəsinə heç 1000 nəfər düşmür”.


Ekspert qeyd edib ki, hər bir halda sözügedən güzəşt ölkə rəhbərliyinin sosial yönümlü humanist siyasətinin növbəti nümunələrindən biridir:


“Aydın məsələdir ki, illər boyu əmanətçilər və digər kreditorlarlarla hesablaşmayan ƏSF-in və himayəçisi Maliyyə Bazarlarına Nəzarət Palatasının öz təşəbbüsü deyil (indiyədək ƏSF israrla deyirdi ki, qanuna görə birinci növbəli kreditordur və pulunu birinci götürəcək, fərqli hərəkəti isə qanuna ziddir). Bu güzəşt dövlət başçısının göstərişi əsasında icra edilir. Amma təəssüf ki, bəzi hallarda olduğu kimi, bu dəfə də göstərişi hüquqa idd şəkildə icra edirlər. Sadəcə savadları çatmır!”


O bildirib ki, məhkəmənin qərarı xoşməramlı olsa da, qanunsuzdur və sözügedən bankların Kreditorlar Komitəsi və hətta hər bir digər kreditoru tərəfindən mübahisələndirilə bilər (Ali Məhkəməyə kassasiya şikayəti verilməklə):


“Nəhayət, fəaliyyətdə olan banklar da bu qərara etiraz edə bilər. Çünki son nəticədə ƏSF-i maliyyələşdirən banklardır. Sabah ƏSF-in pulu yenə olmayanda (necə ki, 2016-cı ildə faktiki müflisləşmişdi), fəaliyyətdə olan banklardan əlavə haqq yığmalı olacaq. Fondun sığorta ehtiyatları bankların üzvlük və təqvim haqları hesabına formalaşır, yəni əsasən özünümaliyyələşdirmə mexanizmlərinə əsaslanır. Bu baxımdan müflis bankların əmanətçilərinə kompensasiyaların ödənilməsi nəticəsində Fondun sığorta ehtiyatları azalır və bütövlükdə bank sisteminin əmanətçilərinin təminatı azalmaq təhlükəsi ilə üzləşir. Məhz bu səbəbdən Fondun müflis banka qarşı reqres tələb hüquqları öhdəliklərinin ödənilməsi növbəliliyində ilk yeri tutur və bütövlükdə bank əmanətçilərinin mülkiyyət hüquqlarının toxunulmazlığına xidmət edir”. Bəs görəsən indi necə oldu ki, ƏSF Məhkəmənin bu qərarına məhəl qoymur? Qoymursa, onda bütün fiziki şəxslərin pulunu məbləğ məhdudiyyəti qoymadan birinci növbədə qaytarsın!

Göründüyü kimi, xoşməramlı olmaq azdır. Savadlı olmaq və qanuna uyğun hərəkət etmək lazımdır. Həm Palatanın, həm də ƏSF-in savadsızlığı və qanunsuz əməlləri dəfələrlə müzakirə predmeti olub. Odur ki, təəccüblü deyil. Belə yaxşı işi də normal görə bilmədilər.


Bu baxımdan sözügedən bankların kreditorları, xüsusilə Kreditorlar Komitələri qəbul edilmiş qərarın icrasını ciddi nəzarətdə saxlamalıdır. Savadsız və qanunsuz işləməyə alışmış kəslərdən hər şey gözləmək olar. Bir də gördünüz ki, müflis bankların pulunu talamağa başladılar ki, guya xırda əmanətçilərin pulunu qaytarırlar. Buna görə də Kreditorlar Komitələri bütün kreditorların reyestrini tələb etməlidir ki, qərarın düzgün icrasına nəzarət edə bilsinlər (ƏSF indiyədək israrla kreditorlar reyestrini komitələrə verməkdən imtina edib! niyə? sui-istifadə üçün əl yeri qoyub?). Yəni dəqiq görsünlər ki, vəsait həqiqətən bankda 17000 manatadək pulu qalan fiziki şəxsə ödənilir və kənar yerlərə xərclənmir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda saxta içkilər hazırlayan “Beluqa Tahir”in dəstəsi tutuldu - FOTOLAR 15 Oktyabr 2019, 13:50 İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” 15 Oktyabr 2019, 13:36 Gömrük Akademiyasının tələbəsi: “Burda təhsil almaq bir addım öndə olmağa imkan verir” - MÜSAHİBƏ 15 Oktyabr 2019, 13:29 Kiyevdə öldürülən azərbaycanlı tələbənin qatili beynəlxalq axtarışa verildi - Səfirliyimizdən NOTA 15 Oktyabr 2019, 13:23 Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir - YENİLƏNİB 15 Oktyabr 2019, 13:14 Pənah Hüseyn: “Fəzail Ağamalıya necə təzyiq olubsa, danışmaqdan belə çəkinir” 15 Oktyabr 2019, 13:01 Litva səfiri Ekologiya Nazirliyində olub 15 Oktyabr 2019, 12:54 Paşinyan Minsk Qrupunun həmsdərləri ilə görüşdü 15 Oktyabr 2019, 12:54 Piyadanı vurub qaçan sürücü tutulub 15 Oktyabr 2019, 12:50 Sabah 28 dərəcə isti olacaq - PROQNOZ 15 Oktyabr 2019, 12:44 BŞTİ müdiri qızıl və gümüş medal alanların sayını açıqladı  15 Oktyabr 2019, 12:35 Komitə sədri: “Azərbaycan Ermənistana imkan verməyəcək” 15 Oktyabr 2019, 12:35 Deputatdan Qarabağ icması ilə bağlı TƏKLİF 15 Oktyabr 2019, 12:29 Metronun Xocəsəndə tikilən yeni deposu nə vaxt AÇILACAQ? 15 Oktyabr 2019, 12:27 Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub 15 Oktyabr 2019, 12:21 Suriyanın şimalında kim hara nəzarət edir? - XƏRİTƏ 15 Oktyabr 2019, 12:17 Övladını digər məktəbə dəyişmək istəyən valideyn nə etməli? 15 Oktyabr 2019, 12:17 Rusiyada həbs olunan Orxan Zeynalovun atası NARAZIDIR 15 Oktyabr 2019, 12:15 Ermənistan Suriyaya qoşun göndərdi – TƏCİLİ 15 Oktyabr 2019, 12:09 Rövşən Lənkəranskidən bəhs edən “Böyük qardaş” kitabı satışa çxarıldı 15 Oktyabr 2019, 12:05 Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI 15 Oktyabr 2019, 12:04 İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı  verib 15 Oktyabr 2019, 12:03 Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR 15 Oktyabr 2019, 11:55 Nazirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna gəldilər - FOTOLAR 15 Oktyabr 2019, 11:48 Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər 15 Oktyabr 2019, 11:45 Kataloniyada etirazlar: 78 nəfər yaralandı 15 Oktyabr 2019, 11:44 Həbsdəki müğənni Fədayə Laçından yeni XƏBƏR VAR 15 Oktyabr 2019, 11:41 Vəsiqəsini girov qoyan eks-deputatın SENSASİON SƏS YAZISI: “Rafael işdən çıxıb, indi türməyə gedir” 15 Oktyabr 2019, 11:34 Etibar Məmmədov nəhayət ki, siyasətə qayıtmağından danışdı: “Şərhə hazıram” 15 Oktyabr 2019, 11:32 KapitalBank-ın Satış inzibatçısı: “Məqsədimiz sahibkarların yaxın dostu olmaqdır” 15 Oktyabr 2019, 11:27 Bakıda 10 məktəb direktoru işdən çıxarıldı 15 Oktyabr 2019, 11:26 Havanı çirkləndirən metaləritmə sexinə 3000 manat CƏRİMƏ 15 Oktyabr 2019, 11:20 Rəsmi Moskva: “Suriya və Türkiyə ordusunun toqquşmayacağına ümid edirik” 15 Oktyabr 2019, 11:12 Erməni yaraqlıları Türkiyəyə qarşı vuruşmaq üçün kürdlərə qoşulur 15 Oktyabr 2019, 11:06 Rektor: “Azərbaycanda hər il 400-dək insan öz həyatına son qoyur” 15 Oktyabr 2019, 11:02